GUNUN QOROSKOPU

07 DEKABR 2012 [00:01]

Qoç - bu gün maliyyə baxımından çox uğurlu ola bilər. Nə qədər çox və zəhmətkeşliklə çalışsanız, gəlirləriniz bir o qədər artıq olacaq. Dövlət qurumlarının nümayəndələri, məmurlar və büdcə təşkilatlarının işçiləri ilə əlaqələr gözlənilən nəticəni verə bilər. Bir qədər fəal olsanız, nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz.

Praktik, soyuqqanlı, praqmat olun. Bizneslə məşğulsunuza, təmkinli davranın.
Hesablamalarınız pis olmaya bilər
Amma emosional baxımdan özünüzü narahat hiss edəcəksiniz.

Buğa - gün rahat, hər hansı narahatlıq və gərginlik olmadan keçəcək. 
İşdə müəyyən problemlər yarana bilər ki, onların da öhdəsindən asanlıqla gələcəksiniz. Vaxtında qəbul edilən doğru qərar mövqelərinizi möhkəmləndirməyə, rəhbərliyin etimadını və hörmətini qazanmağa imkan verərdi.

İnadkar, qətiyyətli olun. Belədə yaxın vaxtlarda cazibədar işgüzar təklif ala bilərsiniz.
Ailə üzvləriniz və yaxınlarınızla münasibətlərdə problemlər yaranmayacaq. Bu gün bir sıra problemləriniz həllini tapa bilər.

Romantik münasibətlərdə təşəbbüskar olun. Adi vəziyyətlərə bir qədər rəng qatın.

Əkizlər - can atdığınız məqsədə çatmaq asan olmayacaq. Üzdə olan və kölgədə gizlənən bədxahlarınız sizə tələlər qururlar. Etibar etdiyiniz, inandığınız insan qəflətən bədxahlarınızın tərəfinə keçə bilər. 

İşdəki münasibətləri heç bir halda şəxsi əlaqələrlə qarışdırmayın. 
Pərişan və ya çaş-baş qalmaq istəmirsinizsə, tam anlamadığınız situasiyalar barədə fikir yürütməyin.

Yaradacı münasibət tələb edən yeni, maraqlı işə başlaya bilərsiniz.
Astagəl olsanız, intensiv çalışmasanız depressiyaya düşə bilərsiniz.
Fəal olun, yoxsa axşam saatlarında bədbin olacaqsınız.

Xərçəng - diqqət və maraq mərkəzində olacaqsınız. Bundan uzun müddət həzz almayın. Gün ərzində bir neçə dəfə tərif eşidəcəksiniz və onların bəziləri səmimi olacaq.

Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla münasibətləri yoluna qoya bilərsiniz.
Romantik münasibətin yaranma ehtimalı var. Diqqətli olsanız, həmin münasibət ciddi hisslərə çevrilə bilər.

Ailə üzvləri ilə ünsiyyət üçün vaxt tapın, qohumluq əlaqələrini möhkəmləndirin. 
Qonaq qəbul edin. İşgüzar münasibətlərdə olduğunuz insanları və ya şəxsi evə dəvət edə bilərsiniz. Axşam saatlarında əhvalınız yaxşı olacaq.

Şir - kommersiya fəaliyyəti, anlaşmalar, müqavilələr və müzakirələr üçün əlverişli gündür. Bahalı məişət texnikası, nəqliyyat vasitəsi almaq olar.

Gəlirlərin artımı istisna deyil. Heç gözləmədiyiniz halda qəfil mənbədən pul əldə edə bilərsiniz.
Əfsuslar olsun ki, uğurlarınıza paxıllıq edən, sizə pislik etməyə çalışan insanlar bu gün pis niyyətlərini gerçəkləşdirmək üçün əllərindən gələni edəcəklər.

Ətrafı müşahidə edin, sayıq olun. Belədə bədxahlarınızın məkrli əməllərinə mane ola bilərsiniz.
Ailə üzvləri, sizə yaxın və əziz olan insanlarla münasibətlərdə anlaşılmazlıqların yoxluğu sizi sevindirəcək. Sizi narahat edən, əndişələndirən məsələlər barədə açıq danışın. Dəstək və yardımlar ola bilər. Qəfil dəvət ala bilərsiniz.

Qız - valideynlərlə və ümumiyyətlə, yaşlılarla fikir ayrılıqları yarana bilər. Maraqlarınızı yetərincə sərt şəkildə müdafiə edirsiniz. Bu isə çoxlarının xoşuna gəlməyə bilər.

Ətrafdakıların neqativ reaksiyasına artıq qanun sayılan ənənələrə uyğun rahat yolla getməkdən boyun qaçırmağınız da səbəb ola bilər. Təbii, axı siz üzü küləyə gedən, kütlədən fərqlənmək istəyən, hamı kimi olmamağa çalışan insansınız.

Risk və eksperimentdən çəkinməyin. Sınaqlarınız uğurla başa çata bilər.
Gün səfərlər və səyahətlər üçün uğurludur. Xüsusilə də şimal istiqamətdə səfər məqsədə çatmağa imkan verəcək.

Daşınmaz əmlak və  ya kənd təsərrüfattı ilə bağlı işlər çox uğurlu, kommersiya və ya ofis fəaliyyəti isə nisbətən uğurlu olacaq.

Tərəzi - gün yetərincə məhsuldar alınmayacaq. Amma bunun müqabilində uğurlu təsadüflər və müsbət emosiyalar bol olacaq. Günün ilk yarısında əylənmək istəsəniz belə, hisslərinizi cilovlayın və emosiyalarınıza hakim olun.

İş gününə aktiv başlayın ki, günün ikinci yarısında görüləsi işlərin sayı çox olmasın.
Valideynlər bu gün uşaqlarla xüsusilə diqqətli olmalıdır.

Ailə üzvləri ilə ünsiyyət zamanı həssaslıq göstərin. Bu gün onlara deyəcəyiniz sözlər münasibətlərin tam normallaşmasında mühüm rol oynaya bilər.
Köç, təmir üçün əlverişli gündür.

Qohumlardan biri ilə bağlı mühüm məlumat ala bilərsiniz.

Əqrəb - gün çox gərgin, intensiv olacaq. Baş verən hadisələri dərhal doğru dəyərləndirməyə bilərsiniz. Çünki onlar birmənalı deyil. Bütün bunlara rəğmən, yaranacaq vəziyyət o qədər də müşkül deyil.

Bu gün tanışlıqlar asanlıqla baş tutacaq. Bu gün yaranacaq tanışlıqlar istədiyiniz təqdirdə uzunmüddətli və perspektivli ola bilər.

Qarşınıza qoyduğunuz məqsədə ən müxtəlif, o cümlədən həddən ziyadə orijinal metodlardan istifadə etməklə çatmağa çalışa bilərsiniz. Bədxahlarınız istəsələr də, sizə mane ola bilməyəcəklər.

Oxatan - gün ərzində bir neçə dəfə çətinliklərlə qarşılaşacaqsınız. Sədlərə və maneələrə rəğmən irəliləyin, yolunuzdan çəkilməyin, ruhdan düşməyin. Belədə məqsədinizə çata bilərsiniz. Nikbinlik, əzm, ən çətin vəziyyətdən çıxış yolu aramaq səyləri faydalıdır. Lakin soyuqqanlı olsanız, işləriniz daha rəvan olar.

İşgüzar danışıqlar məhsuldar olacaq. Yeni tərəfdaş taparaq onunla əməkdaşlıq vasitəsilə gəlirləri artırmaq şansları var.

Ailə üzvləri və yaxınlarla fikir ayrılıqları mümkündür. Soyuq, başqalarının hisslərinə laqeyd olmayın. Yol verdiyiniz səhvləri mümkün qədər tez aradan qaldırmağa çalışsanız, arzuolunmaz vəziyyətlərin və münaqişələrin qarşısı alınar.

Oğlaq - qətiyyətli və əzmkar olun. Məhz bu xüsusiyyətlər sizə bu gün uğur qazanmağa yardım edəcək.

İşdə ciddi problem, həmkarlarınız və ya rəhbərliklə fikir ayrılığı mümkündür. Mövqeyinizdən geri çəkilməyin, fikirlərinizi izah edin. Az sonra ətrafınızdakı insanlar da haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar.

İş müstəvisi ilə yanaşı, şəxsi həyatda da irəliləyişlər mümkündür.
Başqalarının zəifliyinə tələbkar yanaşmayın. Əks təqdirdə münaqişələrdən yayınmaq mümkün olmayacaq. 
Şəxsi həyatınızla bağlı mühüm qərarlar qəbul edə bilərsiniz.

Dolça - gün çox narahat, problemli olacaq. Emosional fon stabil deyil. Əhvalınız adi günlərlə müqayisədə daha tez-tez dəyişəcək. Ruhi yüksəliş və nikbinlik dövrləri tam pərişanlıqla əvəzlənəcək və tərsinə. 

Təlaşa düşməyin: yanınızda sizə yardım edəcək, çətin anlarda həyan olacaq insanlar var.
Planlaşdırılmamış səfərlər, o cümlədən uzaqlara səyahət istisna deyil.
Yeni tanışlıqlar, maraqlı görüşlər ola bilər.

Uzaq perspektivə hesablanmış işə və ya layihəyə başlamaq üçün əlverişli gün deyil. Çünki belə işə başlayan kimi yeni informasiya gələcək və planlarınıza yenidən baxmalı olacaqsınız.

Balıqlar - bu gün bacarıq və biliklərinizi tam nümayiş etdirə bilərsiniz. Çox maraqlı təkliflər ala bilərsiniz. Həmin təkliflər arasında nüfuzlu və ya böyük vəzifəli şəxsdən gələn müraciət də ola bilər.

İşdə uğur qazana bilərsiniz. Əvvəlki işlərinizə görə mükafat istisna deyil.
Dövlət təşkilatlarının nümaynədələri ilə ünsiyyətlər sizin xeyrinizə olacaq. Hüquqi mübahisələri uğurla bitirə bilərsiniz.

Bu gün məntiq və sağlam şüurla davranın. Hisslər və hissiyata, intuisiyaya yer yoxdur. 
Belə davranış bir tərəfdən pis nəticələr verməsə də, digər tərəfdən sizin üçün önəmli insanlarla münasibətlərin normal axarına mane olur.




06 DEKABR 2012 [00:01]

Qoç - əvvəlki günlərdə yaranmış və yaşanmış müəmmalı situasiyalar indi aydınlaşır. Bundan sonra necə hərəkət etmək gərəkdiyini biləcəksiniz. 
Maraqlı işgüzar təklif ala bilərsiniz.
Təklif maliyyə durumunuzun dərhal yaxşılaşmasına rəvac verməyəcək. Amma yetərincə cazibədardır.

Yeni sahədə və ya işdə karyeranı başlamaq olar.
Ailə üzvləri, valideynlər və qohumlarla münasibətlərdə irəliləyiş müşahidə olunacaq.
Sevdiyiniz insanlarla təmaslarınızdakı sərinlik aradan qalxacaq.
Əvvələr sürəkli mübahisə etdiyiniz insanla münasibətlərin normallaşma şansı var.

Buğa - sizə çox yaxın insanla münasibətlərdə nəyi isə dəyişmək zamanıdır. Həqiqəti olduğu kimi qəbul etmək asan olmasa da, başqa çıxış yolu yoxdur: labüd addımı atın. Ətrafınızda baş verənləri, yaşanan hadisələri anlamağa, təhlil etməyə çalışın. Hər hansı addımı sonra da atmaq olar.

Dəyişikliklərlə bağlı sizdə ilkin mərhələdə narahatlıq yarana bilər. Amma bu situasiyadan mənfəət və ya xeyir əldə edə bilərsiniz.

Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Ailədəki mübahislər ağırlaşa bilər. Vaxtında geriyə addım ataraq güzəştə və ya kompromisə razılaşmasanız, vəziyyət daha da ciddiləşəcək.

Əkizlər - tələsin: bu gün uğurlarınızın rəhni sizin mühüm qərarı dərhal qəbul etmək bacarığınızdan asılıdır.
Çaşqın və pərişan olmayın, dərin fikirlərə dalmayın, dalğınlıq nümayiş etdirməyin. Astagəl olsanız, maraqlı imkanlardan başqaları yararlanacaq, uğura başqası nail olacaq.

Maliyyə ilə risk etməyin, gərəksiz əşyalar almayın, bədxərclik etməyin.

Ailə üzvləri və yaxınlarınızla ünsiyyət istədiyiniz forma ilə məcrada olmayacaq. Yaxınlarınız sizə həyatı yaşamağı öyrədəcəklər. Halbuki belə məsləhətlər sizi bezdirib.
"Niyə evlənmirsən?!", "Niyə ərə getmirsən?" kimi usandırıcı suallara cavab verməyin.

Xərçəng - intellektual məşğuliyyət üçün əlverişli gündür. 
Ciddi ədəbiyyatın mütailəsi, elmi tədqiqatlar, xarici dillərin öyrənilməsi - bilik və bacarıqlarınızı tətbiq edəcəyiniz sahələr az deyil.

İncəsənətə qəflətən yenidən maraq oyana bilər.
İşdə həmkarlarınızın hərəkətlərini qətiyyən təkrarlamayın, hansısa qruplaşmaya dəvət alsanız, qatılmayın.

İş yoldaşlarınız Yeni İl öncəsi bir yerə yığışmaq istədiklərini deyəcəklər və konkret təklif də səslənəcək. Bu təklifi cavablandırmazdan əvvəl ailə üzvləri ilə məsləhətləşin.

Günün ikinci yarısı aktiv çalışın.
İşdən çıxandan sonra nəqliyyata və ya avtomobilə tələsməyin, bir qədər gəzişin.

Sevdiyiniz insanla münasibətlər rəvandır. O, sizə yardım etməyə hazırdır.
Yeni tanışlıqlar isə sizi sevindirməyəcək.

Şir - bu gün yaranacaq situasiya birmənalı olmayacaqsa da, günün sonlarına yaxın nələr baş verdiyini anlayacaq və hadisələrin məzmmuna yerli-yataqlı bələd olacaqsınız.
Köhnə dostlar və müttəfiqlər sizi dəstəkləməyə hazırdırsa, yeni işə başlamaq olar.
Təkbaşına işləmək fikriniz varsa, tələsin, fürsəti fövtə verməyin.
Kiçik məbləğdə gəlirlər istisna deyil.

Qeyri-rəsmi ünsiyyət üçün əlverişli gündür. İstənilən görüşü qeyri-rəsmi şəraitdə keçirin.
Qonaqlar gələcək. Onlarla söhbətləşin, işi və ya problemləri bəhanə edib qonaqpərvərlikdən yayınmayın.

Qız - bu gün dəyərli və aktual məlumat əldə edə biləcəksiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Zaman bədxahlarınız və düşmənlərinizin xeyrinə işləyir.
Yeni işlərə başlamaq, əməkdaşlıq üçün tərəfdaş tapmaq, biznes və ya kommersiyaya pul yatırmaq olar. Perspektiv saydığınız sahələrə maliyyə ayıra bilərsiniz.

Bu gün şəxsi həyatda yaxşı xəbərlər eşidə bilərsiniz. Çoxdan arzuladığınız iş reallaşa bilər və niyyətiniz də çin olar.
Hissiyatınıza inanın. O, ən mürəkkəb və çətin anlarda belə, sizi  aldatmayacaq.

Tərəzi - bu gün uğur sizin tərəfinizdə olmasa da, işləriniz, ümumiyyətlə, pis getməyəcək. Çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın. Tam dəqiqliklə bildiyiniz faktları müqayisə edin, ilk baxışdan təsadüfi təsir bağışlayan hadisələr arasındakı əlaqə və rabitəni duymağa çalışın.

Hissiyatınız çox güclü olsun, bəzi hadisələri əvvəlcədən təxminləməyə səy göstərin. 
Gələcəyinizə təsir edə biləcək qərarlar qəbul edə bilərsiniz.

Günün ikinci yarısında yaşam potensialınızın azaldığını, güc və enerji səviyyəsinin aşağı düşdüyünü hiss edəcəksiniz.

Axşam saatlarında qəhrəmanlıq etməyə çalışmayın.
İstirahət edin, vaxtınızı sevimli işinizə və ya məşğuliyyətinizə həsr edin.

Əqrəb - işdə və ya ixtisas sahəsində uğur qazanmaq istəyirsinizsə, qətiyyətli, inadkar və mətin olun. Bu məziyyətlər olmadan gərəkli nəticə əldə etmək çətin olacaq.

Çox ciddi rəqabətdə iştirak etmək məcburiyyəti ilə qarşılaşacaqsınız. Qələbəyə yalnız hiyləgərliklə nail ola bilərsiniz.

Günün maliyyə fonu qənaətbəxş deyil. Xərcləriniz nəzərdə tutduğunuz məbləğdən artıq olacaq. 
Sevdiyiniz insan sizdən qayğı və diqqət gözləyir - bunu unutmayın. 
Münaqişələrə yol verməməyə çalışın.
Münasibətlərin gərginləşməsi istisna deyil.

Oxatan - bu gün çoxsaylı maraqlı hadisələr baş verə bilər. Həmin hadisələr arzuladığınız formada və məcrada baş verməsə də, sürprizlərin əksəriyyəti sizi sevindirəcək. 
İşlə bağlı cazibədar təkliflər ala bilərsiniz. Ağır işdən və yeni tapşırıqlardan, məsuliyyətdən qorxmayın. Bütün işlərin öhdəsindən gələ bilərsiniz.

İşgüzar nüfuzunuz artacaq. Daha təcrübəli insanlar belə, sözlərinizə diqqət verəcəklər.

Ailədə hər şey qaydasında deyil, münaqişələr mümkündür. Maliyyə durumunuz yaxşı deyilsə, işlər lap çətinləşəcək. Pul məsələsi çox ciddidir. 
Valideynlər övladları ilə bu gün dil tapa bilməyəcəklər.

Oğlaq - tələskənlik və sürət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli gündür. Uzun müddətdən bəri yığılıb qalmış işləri tələsmədən, düşünərək, aramla, soyuqqanlı şəkildə həll edin.

Gün başgicəlləndirci emosiyalar vəd etməyə də bilər. Baş verən hadisələr məqbuldur. Yaşanan olaylar nəticəsində dürüst nəticələrə gələcək, doğru nəticələr çıxaracaq, gələcəklə bağlı planları hazırlayacaq, dost və düşməni ayıracaqsınız.

Yaradıcılıqla məşğul olan insanlar yaxşı çalışa bilərlər. Fəaliyyət sahəsini dəyişmək barədə fikirlərə aldanmayın. Hobbini iş, işi də həyat saymayın.

Dolça - gün istədiyiniz kimi keçməyəcək. Əvvəlcədən planlaşdırdığınız bəzi işləri təxirə salmalı olacaqsınız. Lakin kefinizi pozmayın, vaxt gələcək, bu işlərin hamısını başa vuracaqsınız. 
Rəhbərliklə danışıqlar, nüfuzlu insanla görüş üçün əlverişli gündür.
Daşınmaz əmlakla bağlı məsələlərin müzakirəsi, gərəkli sənədləşdirmənin aparılması üçün əsl vaxtdır.

Şəxsi həyatınızda yaşanan ən kiçik hadisəyə belə, lazım olduğundan artıq səviyyədə reaksiya verməyin.
Sevdiyiniz insanla küsüşə bilərsiniz. Tezliklə barışın, yoxsa mənfi emosiyaların qalıqları sonrakı əlaqələrə ciddi təsir edəcək.

Balıqlar - qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Belə davranışınız kənardakı insanlara maraqlı, sizə də faciəli və ya fəlakətli vəziyyətin yaranmasına səbəb ola bilər.

Geri çəkilməyin, təslim olmayın. Qarşınızda xeyli imkanlar yaranır. Onları vaxtında görməyə və dəyərləndirməyə, situasiyadan baş çıxarmağa səy göstərin. 

Yaxın insanlarla mübahisələrin sayını minimuma endirin. Bu gün başlayacaq mübahisəni konstruktiv keçirin, hamını təmin edə biləcək qərara nail olun.
Gün sevimli insanla ciddi məsələlərin müzakirəsi üçün əlverişlidir.




05 DEKABR 2012 [00:01] 

Qoç - bu gün işlə bağlı problemlər, hətta ciddi müşküllər mümkündür. İşgüzar danışıqlarda ehtiyatlı olun. Həddən ağır yükü qaldırmağa çalışmayın. Müttəfiqlər və tərəfdaşlarla, həmfikirlərlə fikir ayrılıqları, anlaşılmazlıqlar mümkündür.

Fəqət günün ikinci yarısında anlayacaqsınız ki, təkbaşına çalışaraq boş söhbətlərə vaxt sərf etmədiyiniz üçün nəticələrdən razısınız.

Ailədə münasibətlər rəvan olmayacaq. Hər şeyi özünüz həll edib hər işlə bağlı qərar vermək istədiyiniz üçün ailə üzvləriniz qıcıqlana bilərlər.
Onlara mühüm qərarları müstəqil qəbul etməyə imkan verin. Ailə üzvləriniz sizə minnətdar olarlar.

Buğa - bu gün çox enerjilisiniz. Həddən ziyadə enerjili, ifrat aktiv olmayın. Günün emosional fonunun istənilən dəyişiklikliyinə kəskin reaksiya verməyin.

Soyuq məntiq və xoş davranışını münaqişəyə hazır hal, ya da aqressiv davranışla əvəzləməyin. Güzəştə getmək çətin olsa da, inad etməyin.

İşdə aktiv çalışmaq üçün əlverişli gündür. Məhsuldar fəaliyyətinizin nəticələri özlərini çox gözlətməyəcək.  Dağı dağ üstə qoymaq və ya dünyanı dəyişmək istəyirsinizsə - başlaya bilərsiniz.
Amma nəzərə alın ki, təkbaşına çalışmalı olacaqsınız.

Əkizlər - bu gün xoş, amma ciddi olmayan yeni münasibət yarana bilər. Yeni tanış olduğunuz insanla işgüzar əlaqələr qura bilərsiniz.

Yeni ideya və ya yaradıcılıq planlarını reallaşdırmağa çalışın. İstənilən işi, hətta ən sadə məsələni yaradıcı fəaliyyətə çevirə bilərsiniz.

Günün ikinci yarısı dəvət aldığınız yerlərə baş çəkmək üçündür. Diqqəti özünüzə cəlb etməklə yanaşı, mühüm məlumat və ya cazibədar təklif ala bilərsiniz.

Xərçəng -  tənbəllik etməyin. Bu gün bütün diqqəti işə versəniz və gərgin çalışsanız, ən yaxın vaxtda gəlir, mükafat və ya əməyinizin dəyərləndirilməsini ala bilərsiniz. Rəqiblərinizi qabaqlamaqla yanaşı, onları tərksilah etmək imkanlarınız var. İşdə elə metodlar tətbiq edin ki, rəqibləriniz və ya bədxahlarınız heç nə ilə maneçilik edə bilməsinlər.

Günün maliyyə fonu əlverişlidir.
İnsanlarla səmimi olun, qarşılıqlı anlaşmaya nail olun. Lakin rəğbət və inam baxımdan bir qədər sərvaxt olun. Əlaqələrlə söhbətlərdə, ünsiyyətdə seçkinlik nümayiş etdirin. Belə olarsa, dəyərsiz və sizi tora salmağa cəhd göstərən insanın məkrli niyyətlərinin gerçəkləşməsinə mane ola bilərsiniz.

Şir - bu gün sizdə daxili azadlıq və asudəlik hissi yaranacaq. Mövqelərinizi möhkəmləndirin. Əvvəlcədən nəzərdə tutduğunuz işlərin başa vurulmasını unutmayın.

Səhhətinizin qayğısına qalın. Diqqətli olmaq məsləhtdir.
Birgə nahar dostlarla münasibətləri daha da möhkəmləndirər.

Təşəxxüslü və ya soyuqqanlı olsanız, xoşagəlməz vəziyyət yarana bilər. Yaxın ətrafınızdakı  insanları aqressiv davranışa vadar etməyin.  Yaxın insanlarla fikr ayrılığı və ya aşkar münaqişədən çəkinin.
Günün axarı sizin əlinizdədir.

Axşam saatlarında sakit istirahətə bir neçə saat ayırın. Əhvalınız yaxşılaşsın.

Qız - əyləncə, yeni təəssüratlar, maraqlı görüşlər, fərqlilik və müxtəliflik günüdür. Tale sizi sevindirməyə və nazınızı çəkməyə hazırlaşır. Günün məcrasına müdaxilə etməyin.
Yeni işin başlanması mümkündür. Bu iş sizi maraqlandıraraq cəlb etməklə yanaşı, yaxşı gəlir verə bilər.

Sizə əziz olan insanlarla fikir ayrılığı istisna deyil. Lakin hər şeyi qızğın, amma qısamüddətli mübahisə ilə başa vurmağa çalışın.

Yeni romantik məcara istisna deyil. Axşam saatlarında özünüzü bəxtəvər hiss edəcəksiniz.

Tərəzi - emosiyaları müvəqqəti də olsa, unudaraq bütün diqqəti görməli olduğunuz işə yönəltsəniz, heç pis olmayan nəticələrə nail ola bilərsiniz. Asan olmayacaq, amma çalışın, səy göstərin. İşdə rəhbərliklə ümumi dil tapmaq çətinlik yarada bilər. Fikir ayrılıqları və mübahisələr istisna deiyl.

Sonucda hamını qane edən həlli tapmağa səy göstərin. 
Ailə üzvləri və yaxınlarınızla münasibətləriniz rəvan olacaq.

Ailə münasibətləri daha da möhkəmlənəcək.
Axşam saatlarında romantik anlar istisna deyil.

Əqrəb - sakit, rahat, problemlərin yoxluğu ilə sevindirən bir gündür. İstirahət və əyləncə ilə bağlı fiikirləriniz var. Lakin yaxınlarınızı və ailə üzvlərinizi bu ideyanın yaxşı olduğuna inandıra bilməyəcəksiniz.

Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaranmasına imkan verməyin. Həmin münasibətlərin davamı ilə bağlı fikirlərə dalmayın.

Qərar qəbul etməyə də tələsməyin, çünki sonra bu qərara görə peşman ola bilərsiniz
Günün ikinci yarısında qəfil gəlir mümkündür. Əldə etdiyiniz pulları dərhal xərcləməyə tələsməyin. Həmin məbləğ daha məntiqli məqsədə sərf oluna bilər.

Oxatan - bu gün tamamilə qeyri-adi bir addım atıla bilər. Yeni hisslərə, təssüratlara ehtiyac duyursunuz. Məhz həmin ehtiyac sizi düşünülməmiş hərəkətlərə sövq edə bilər.
Fəqət emosiyalara uymayın, enerji bolluğunu işdə çalışmağa sərf edin.

Peşə fəaliyyəti sahəsində yeniliklər ola bilər. Yeni maraqlar yaranıb. Əvvəl başladığınız işləri başa vurmaq üçün köməyə ehtiyac yarandığından, sizə yardım edəcək insanı arayın.

Şəxsi münasibətlərdə stabilliyə can atırsınız, amma darıxmaqdan qorxursunuz. Bu səbəbdən də ailə üzvləri və yaxınlarınızın nəzərində absurd təsiri bağışlayacaq addım atmayın.
Azacıq özünətənqid ailədə münaqişənin qarşısını ala bilər.

Oğlaq - bu gün hər şey öz yolundadır, amma hadisələr çox asta yaşanır. Sanki gün astagəldir. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəniz də, buna nail olmaq asan deyil. Bütün ideyalarınız yaxşıdır. Lakin yaxın ətrafınızdakı insanlar onları yetərincə dəyərləndirməyəcəklər. 

Günün ikinci yarısında hesablamalarda yanlışlıqlar, maliyyə itkiləri istisna deyil. 
Axşam saatlarında maraqlı tanışlıq ola bilər. Amma hisslərinizə qulaq asın: bu tanışlıq yaxşı və ciddi heç nə vəd etmir.

Dolça - ehtiyatlı və sərvaxt olun, tələlər və quyulardan uzaq durun. Bu gün sizin əsas rəqibiniz tamahınızdır. Tamahın səsinə qulaq assanız da, o səsin sizi idarə etməsinə imkan verməyin. 
Sizdə güclü emosiyalar yarada biləcək romantik tanışlıq baş tuta bilər. Amma nə yazıq ki, həmin emosiyalar müsbət olmayacaq.

Maliyyə itkiləri riski var. Soyuqqanlı və qənaətcil olmasanız, itkilər böyük məbləğə çata bilər. Borc verməyin, yaxşı tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında çoxdan görmədiyiniz insanla görüş ola bilər.

Həmin adamı bundan sonra da görmək istəmirsiniz.

Balıqlar - izafi xərclərə yol verməyin. Bu gün alış-verişlə, pul xərcləməklə bağlı çoxlu istəklər ola bilər. Fəqət, bu gün yaranan istəkləri yerinə yetirsəniz, pulsuz qala bilərsiniz.

Səhər saatlarında maraqlı təklif gələcək. Həmin təklifi dərhal, düşünmədən qiymətləndirin, hesablayın. Sərfəlidirsə, qəbul edin. Təklif siszə münasib təsir bağışlamasa, dərhal yox deməyin, düşünməyə vaxt istəyin.

Günün ikinci yarısında emosional fonun aşağı düşməsinə imkan verməyin. Hər şey sizin əlinizdədir. İdarə olunan insana çevrilməyin və hər eşitdiyiniz sözə də inanmayın.
Qohumların hamısının həmişə sizi düşünmədiyini anlamağınızın vaxtıdır.

Kiçik işə görə onlara üz tutanda həmin adamların bəziləri tam yad şəxslər kimi davrana bilərlər.

 




04 DEKABR 2012 [00:01]

Qoç - bu gün edə biləcəyiniz ən yaxşı əməl özünüz olmaqdır. Ətrafdakılarda müsbət rəy yaratmaq naminə saxtakarlıq etməyin, olduğunuzdan fərqli görünməyə çalışmayın.
Səhər saatlarında günün intensiv olacağı bəlli olacaq.

İşdə və ya təhsil müəssisəsində - fərq etməz, tapşırılan işlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə çalışın. Rəqiblərə və ya bədxahlara fikir verməyin. Sizin onlara münasibətinizdən asılı olmayaraq, həmin adamlar öz işlərindədir.

Kimsənin sizi aldatmasına imkan verməyin. Bunu etmək çətindir, çünki təbii, kimsə aldanmaq istəməz, amma əksər zaman yalanın qurbanı olar. Yalana tuş gələcəksiniz və bu zaman tamahınız sizi üstələrsə, həmin yalanın qurbanına çevriləcəksiniz.

Təşəxxüs, eqoizm, müştəbehlik bu gün sizin üçün çox böyük problemlər yarada bilər. Ehtiyatlı olun - sevgi və şəfqət verə bilməyən adam həmin nəsnələri əldə edə bilməz.

Axşam saatlarına yaxın yaşam sürətini bir qədər aşağı salın. Sosial şəbəkələrdə izafi vaxti keçirməyə dəyməz.

Buğa - prinsip etibarilə, heç pis gün deyil. Hər şey sizdən, əməllərinizdən, istəklərindən asılıdır.
İşdə yoldaşlarınızı, həmkarlarınızı tərifləyin. Aldığınız tapşırıqları yerinə yetirərkən rutinlikdən bir qədər kənara çıxın, fantaziya və təxəyyülü işə salın. Təşəbbüskar olun və bu zaman rəhbərlik səylərinizi görəcək.

Ünsiyyətlərinizdə seçkinlik edin, söhbət xatirinə danışmayın. Unutmayın ki, iş fasilələr edərək çalışmaq üçündür - çalışmağı fasilələr arasında etmək üçün yox.

Yeni tanışlıqlar mümkündür. Öz məqsədlərini reallaşdırmaq və mənafelərini təmin etmək üçün sizdən yararlanmaq istəyən adamların sui-istifadə cəhdlərinin baş tutmasına rəvac verməyin.
Alış-verişdə bədxərclik etməyin.

Ailə üzvləri və yaxınlarınızla təmaslarda sayğılı olun, emosiyalara qapılmayın.
Axşam saatlarında yaşanan günün yorğunluğunu çıxardın. Yatmazdan əvvəl çox yeməyin.

Əkizlər - çox ağır gündür. Problemlər sanki yarışa giriblər və onların sayı ilk baxışdan azalmaq bilmir. Bir problemi həll etməmiş, başqası peyda olur və onun da çözülməsi yeni qüvvə, yeni səy və ən başlıcası, vaxt tələb edir.

Məhz vaxt bu gün ən ciddi ehtiyac etdiyiniz nəsnəyə çevriləcək. Zamandan səmərəli istifadə etmək üçün görüləcək işləri sıralayın. Bir işi başa çatdırmamış yenisinə başlamayın.

Vədlər verməyin, çünki verilən sözü mütləq tutmaq gərəkdir və elə ola bilər ki, bəzi vədləriniz sizdən asılı olmayan səbəblər ucbatından yerinə yetirilməsin.

Günün ikinci yarısında evdəki problemləri həll etməyə başlayın. Həmin problemlər adi məişət qayğılarıdır və onların ailə üzvlərinə zəhmli olduğunuzu göstərmək yolu ilə çözüləcəyini əsla düşünməyin. Bu işləri siz görməlisiniz və ailə üzvlərinizin də həmin problemlərdə heç bir günahı yoxdur.
Sakit, soyuqqanlı olun.

Xərçəng - səhər saatlarına yorğun başlaya bilərsiniz. Yorğunluq dünənki işlərin əks-sədasıdır.
Səbəbləri araşdırdınız? Bəlkə yorğunluğun nəticəsi stressdir və ondan qurtulmaq üçün sağlamlığınızın qeydinə qalmalısınız?! Günün ilk yarısında həllini tələb edən problemlərin sayını sürətlə azaltmağa çalışın. Gələn telefon zəngləri arasında biri sizi sinirləndirə bilər.

İşdə və ya təhsil zamanı sosial şəbəkələrə qatılmayın. Bu, mənfi emosiyalarınızı artıra bilər. Başqalarının problemləri ilə bağlı müzakirələr, yad adamların fikirlərinin dəyərləndirilməsi bu gün üçün əlverişli davranış deyil.

İşdə maraqlı təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirməzdən əvvəl bütün təfərrüatları və detalları götür-qoy edin, müsbət yönlərin mənfi cəhətlərdən və potensial risklərdən artıq olduğunu təsbit edin.

Axşam saatlarında qəfil problem yarana bilər. Lütfən, sakit, soyuqqanlı olun. Ani emosiyaların davranışlarınızı idarə etməsinə, ağlınıza hakim kəsilməsinə yol verməyin.

Şir - planlaşdırma, fəaliyyət qrafikinin yenidən hazırlanması, əvvəl başladığınız işin başa vurulması üçün əlverişli gündür. Yarımçıq qalmış tapşırıqları yerinə yetirməyə səy göstərsəniz, sizi narahat edən qayğılardan biri azala bilər.

Günün ilk yarısında başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq.  Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.

Günün ikinci yarısında gözlənilməz görüş mümkündür. Bu görüşün əsl səbəblərini bir qədər sonra anlayacaqsınız. Hadisələrin mənfi məcrada inkişafından qorunmaq üçün əvvəlcədən tədbirlər görməli olduğunuzdan, ehtiyat variantları fikirləşməyiniz pis olmaz. 

Axşam saatlarını dostlarla keçirə bilərsiniz. Amma ailənizin məişət qayğılarını da unutmayın.

Qız - bu gün səhər saatlarında qohumlardan birinidən təklif alacaqsınız. Həmin təkliflə bağıl uzun-uzadı müzakirələr və ya təhlillər aparmağa ehtiyac yoxdur. Ani dəyərləndirmə və sürətli reaksiya tələb olunan davranış modelidir.

İşdə mübahisələr istisna deyil. Həmkarlarınıza mövqelərinizin səhih və doğru olduğunu anlatmağa çalışarkən emosiyalara qapılmayın.
Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər.

Fiziki işlə məşğulsunuzsa, görəcəyiz işdən artıq həcmdə tapşırıqları yerinə yetirməyə çalışmayın. Bunun fəsadları ola bilər.

Sizə yaxın olan insanlarla ünsiyyətdə açıq olun, qadağalar və məhdudiyyətlərin sayını könüllü şəkildə artırmayın. Müxtəlif yalanların pərdələri altında həqiqəti gizlətmək səylərinin müvəqqəti nəticələr verdiyini də bilin.

Axşam saatlarını sevdiyiniz insanla keçirin, çünki onun sizin səmimi və xoş sözlərinizə ehtiyacı var.

Tərəzi - xoş, amma o qədər də ciddi olmayan münasibətlərin başlanması mümkündür. Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun.

Gün faydalı və ya xoş ola bilər - məziyyəti siz seçməli olacaqsınız. Ya mühüm işlərlə məşğul olub uğur qazanacaq, ya da dostlarla əla vaxt keçirəcək, amma heç nəyə nail olmayacaqsınız.
Günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. İmiclə eksperimentlər arzu olunan deyil.

Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.

Əqrəb - bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz. Səbəb sizin haqlı olmağınız yox, sizi fikrinizdən daşındırmağın mümkünsüz olduğunu opponentlərinizin anlamasıdır.

Mənası olmayan riskli addımlar ataraq qüvvənizi olduğundan artıq dəyərləndirməyin.
İşdə hansı prinsiplərə riayət etməklə bağlı mübahisələrin yaranması, iş yoldaşları və ya tərəfdaşlarınızla fikir ayrılıqlarının yaşanması istisna deyil. 

Ailənizin bundan sonrakı yaşamında əks olunacaq qərar verə bilərsiniz. Narahat və təlaşlı olacaqsınız. Lakin ən mühüm, məsuliyyətli anlarda diqqətli olun, fikrinizi bir yerə cəmləyin və gərəkli qərarı verin, lazımi addımı atın.

Ailəniz bunu gözləyir, sizə ümid edir.

Oxatan - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, sizi narahat edən suallara cavab tapmağa çalışın. Yeni işə başlamaq olar. Lakin bilin ki, yardım və köməyinə bel bağladığınız insanlar sizi dəstəkləməyə bilərlər.

Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. İmkanlarınızı mövcud reallıqdan kənar müstəvidə dəyərləndirməyin.
İdmanla məşğul olmaq, aktiv istirahət üçün pis gün deyil.

Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, təşəbbüskarlıq edin.
Sizinlə tanış olmaq istəyən adam tapılacaq. Davranışınızı rəvan və təmkinli edin.

Oğlaq - məhsuldar və aktiv iş üçün əlverişli gündür. Səylərinizlə zəhmətinizin nəticələri özlərini çox gözlətməyəcək. Yeni layihəyə və ya işə başlamaq olar. Bununla belə, adət etdiyiniz, alışdığınız iş də sizə cansıxıcı, üzücü təsir bağışlamayacaq. 
Nüfuzlu şəxsdən, o cümlədən çoxdan dəstəyini və ya himayəsini almağa nail olmağa çalışdığınız adamdan cavab ala bilərsiniz.

Ailə üzvləri, yaxınlarınızla asanlıqla ümumi dil tapırsınız. Bu zaman düşündüyünüzü deyin, səmimi olun. İkinci dərəcəli məsələləri mühüm işdən, əsas məqsəddən ayırın. 

Gərəkli məlumatı və ya lazımi informasiyanı vaxtında əldə edin.
Nüfuzunuzu qoruyun.

Dolça - gün müsbət təmayüllərin güclənməsi ilə başlanacaq. Bir qədər əvvəl yaranmış problemlər uğurla həll ediləcək. Yeni dostlar və müttəfiqləriniz olacaq.

Qətiyyətiniz, inadkarlığızın və ən başlıcası - yaxşı işiniz ətrafdakılarda rəğbət hissi yaradacaq. Çətin vəziyyətə düşsəniz, yardım istəməkdən çəkinməyin.

Fəqət, insanlar barədə onların gerçək hallarından artıq fikirlərdə olmayın. Belədə olmayan yerdə öz məqsədinizi görə bilərsiniz.
Düşünülməmiş addımlar atmayın, emosional qərarlar verməyin.

Balıqlar - maraqlı və yaddaqalan hadisələrlə zəngin gün olacaq. Lakin böyük uğur qazanmaq şansı azdır. İzafi, gərəksiz xərclər etməyin. Bu gün bütün istəklərinizi dərhal həyata keçirməyə çalışsanız, uğursuzluğa və pərişanlığa düçar ola bilərsiniz.

Yaxşı iş üçün pis gün deyil.
Cazibədar işgüzar təkliflər ala bilərsiniz. Hissiyatınıza inanın: o, sizə necə qərar verməyi bildirəcək.

Günün ikinci yarısı görüşlər və danışıqlar üçün sərfəlidir.
Qıcıqlı, hirsli, emosional olmayın.

Günün emosional fonu yüksək olduğundan münasibətlərdə məntiqli, soyuq davranın.




03 DEKABR 2012 [00:01] 

Qoç - Bu gün sizi yetərincə maraqlı hadisələr gözləyir. Macəra aramalı olmayacaqsınız: macəra özü sizi tapacaq. Ətrafınızda baş verənlərə, yaşananlara dəqiq reaksiya verin, yanlış addımlar atmayın, səhv fikirlərinizi reallaşdırmağa çalışmayın. İşdə fəxr ediləsi uğurlarınız olacaq.
Yaxınlarınızla fikir ayrılıqlarınız yarana bilər. Belə hallar olsa da, ciddi fikir verməyin, mübahisəni zarafata döndərməyə cəhd göstərin. Sizə tərif yağdıran insana bu gün inanmayın. Axşam saatlarına yaxın səmimi tərif eşidəcəksiniz. Bu vaxtı dostlarla keçirin.

Buğa - Bu gün düşünülməmiş və yanlış addımlar ata bilərsiniz. Bu və digər qərarınızın səbəbini belə, bilmirsiniz. Nə isə etmək istəyirsiniz. Amma nə?!
Bu gün eşidəcəyiniz məsləhətlərə o qədər də inanmayın. Heç istisna deyil ki, bu məsləhətlərin "müəllif"ləri sizin rifahınızı istəmirlər. Günün emosional fonu stabil deyil. Günortayadək qıcıqlı, dəlisov olmayın. Günün ikinci yarısında əhvalınızı normallaşdırın.
Şənlənin və ətrafınızdakı insanların də üzlərinin gülməsinə rəvac verin. Axşam saatlarını ailə ilə birlikdə keçirin.

Əkizlər - Gün darıxdırıcı, usandırıcı olacaq, ümidlər və gözləntiləri doğrultmayacaq. Əlahiddə, qeyri-adi nəyə isə ümid etməyin. Bu gün ulduzlar sizin rutin, adi gün yaşayacağınızı deyirlər: xırda məişət problemləri, əhəmiyyətsiz çətinliklər və bir o qədər kiçik sevinclər. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Düşünülməmiş hərəkətləriniz vəziyyəti daha da ağırlaşdıra bilər.
Sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq. Təzyiqlərə məruz qalsanız da, yolunuzdan çəkilməyin. Emosional narahatlıq müvəqqətidir.
Tənha olmaq, tək qalmaq istəyi yarana bilər.

Xərçəng - Hər hansı yeni layihə üzərində işə başlamazdan əvvəl bütün gərəkli, ehtiyac duyulan məlumatlarla informasiyaları topladığınıza əmin olun. Nəyisə bilməmək zəif qalmaq, zərbə altında qalmaq deməkdir. Məhz bu gün kifayət qədər məlumatların olmaması ilə bağlı problemlər əvvəlki dönəmlərlə müqayisədə daha ciddi təsir bağışlayacaq.
Pul və maliyyə ilə ehtiyatlı olun. Bədxərclik etməyin, alış-verişdə diqqətli davranın.
Şəxsi münasitbətlərdə durum daha yaxşıdır. Sizə əziz olan insanları dərhal anlayırsınız. Yaxınlarınızın problemlərini həll etmək üçün qüvvənizi əsirgəməyin. Belə davransanız, çoxdan bəri mövcud olan bəzi problemləri həll edə bilərsiniz. Köhnə umu-küsünü, hesabları xatırlayıb müzakirələrə başlamayın.

Şir - Bu gün ulduzlar sizi himayə edir. Vəziyyətdən yararlanaraq işlərinizi nizama salmağa, qayda yaratmağa, çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın. Mühüm və önəmli görüşlər təyin edə bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq. 
Sərfəli müqavilə imzalaya bilərsiniz. Ucuz qiymətə dəyərli və ya gərəkli əşyanın alınması istisna deyil.
Şəxsi həyatda da uğur sizinlə olacaq. Köklü dəyişikliklər mümkündür. Axşam saatlarında bəzi münasibətlərin təhlilini aparın.

Qız - Bu gün bir qədər çətin və mürəkkəb, amma faydalı işlə məşğul olacaqsınız. Həmin işə laqeyd, başdansovdu yanaşmayın. Sizdən başqa kimsə bu işdə uğur əldə edə bilməyəcək. İşdəki situasiya rəvan, əlverişlidir. İdeyalarınızı gerçəkləşdirmək üçün rəhbərlik sizi dəstəkləyə bilər. Yeni tərəfdaşlarla əməkdaşlıq başlayacaq.
Ailə münasibətləri harmonik və dayanıqlıdır. Qohumlarla təmaslarınızı səmimi edin, onların məqsəd və planlarını tənqid etməyin. Evdə yır-yığış, təmir, interyerin yenilənməsi üçün sərfəli gündür.

Tərəzi - Həllini tələb edən məsələlər çoxdur. Gün yorucu, mürəkkəb, usandırıcıdır. Yaxın insanlarla fikir ayrılığı yarana bilər. Maliyyə, əmlak məsələləri və ya gələcəklə bağlı planlar müzakirə edilərkən ümumi fikrə gəlmək çətin olacaq.
Valideynlər və ya yaşlı qohumlarla mübahisələr istisna deyil. Əsla düşünməyin ki, onlar sizə qarşı aqressiv, neqativ mövqe tutublar.
Axşam saatlarını sevdiyiniz insanla birlikdə keçirin. İstənilən birgə fəaliyyət və əməkdaşlıq, fikir və rəy birliyi insanları yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Kiçik miqyasda alış-veriş etmək olar. Kiməsə hədiyyə vermək üçün əşya ala bilərsiniz.

Əqrəb - Bu gün işdə ciddi uğurlara nail ola bilərsiniz. Amma bunun üçün həmkarlarınız və iş yoldaşlarınızla mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışmayın, onlarla ümumi dil tapmağa çalışın. Aktual məsələləri sakit nəzərdən keçirin. Tapşırılmış işi müstəqil şəkildə görə bilərsiniz. Bir şərtlə ki, sizə kimsə mane olmasın.
Günün ikinci yarısı romantik görüş, gəzinti və dost görüşləri üçün əlverişlidir. Yaxşı tanıdığınız insanlarla ünsiyyətlə kifayətlənsəniz, pis olmaz. Yeni tanışlarla dil tapmaq asan deyil.

Oxatan - Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən problemi həll etmək üçün uğurlu gündür. Sürətlə, effektiv fəaliyyət göstərin, şübhələrə və boş söhbətlərə vaxt sərf etməyin. İstənilən forma, məqsəd və məzmunlu danışıqlar üçün əlverişli gündür. 
Yaradıcılıqla bağlı ideyaları reallaşdırmaq olar. Lakin o ideyalar sizin olmalı, orijinallığı ilə fərqlənməlidir.
Başqalarının ideyalarını mənimsəməyə, kimisə təqlid etməyə çalışmayın. Kor-koranə təqlidin nəticələri təhlükəli və zərərli ola bilər.

Oğlaq - Səhər saatlarından nikbin olsanız, ulduzlar sizə pozitiv emosiyaları hədiyyə edəcək. Bununla belə, sərvaxt və sayıq olun. Təlaşa düşməyin, narahatlıq keçirməyin. Nigarançılıq hissləri olsa da, o hisslərin əsirinə çevrilməyin. Gün ərzində yaşanacaq hadisələrin məcrasından çıxmaq üçün özünüzdə qüvvə tapın.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyətdən həzz almağa çalışın. Axşam gəzintisi, romantik saatlar əhvalınız üçün düşərlidir. Evdən tək çıxsanız, yeni tanışlıq baş tuta bilər.

Dolça - İtkilərlə barışmalı olacaqsınız. İşgüzar tərəfdaşlar və yaxın insanlarınızla münasibətlərdə problemlər yarana bilər. Köhnə müttəfiqlərdən birini itirə bilərsiniz. Maliyyə və əmlak məsələlərinin həllində, müzakirəsində fikir ayrılıqları, anlaşılmazlıqlar yarana bilər.
Hadisələrin mənfi axarının öhdəsindən gəlmək üçün davranışınızda köklü dəyişikliklər edin. Eksperimentlərdən qorxmayın. Hər şey ilk baxışdan göründüyü təki təhlükəli deyil.
Yeni yerdə oxumaq və ya işləmək üçün sərfəli gündür. Yaradıcılıq potensialınızı nümayiş etdirə bilərsiniz.

Balıqlar - Diqqətli olun. Bu gün səhvlərə yol versəniz, həmin yanlışlıqları sonradan sizə dəfələrlə xatırladacaqlar. Karyeranızın inkişafının asılı olduğu insanlar sizi diqqətlə izləyəcəklər. Həmin adamlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün maksimum səy göstərin, entuziazmla çalışın. Danışıqlarda uğura nail ola bilərsiniz.
Bu gün əldə olunan razılaşma və ya imzalanan sənədlərin sonradan dəyişəcəyi istisna deyil.
Ailə üzvləriniz və yaxınlarınızla dil tapmağa çətinlik çəkəcəksiniz. Çünki sizi nadir hallarda tərifləyir, sürəkli tənqid edirlər. Sevdiyiniz adamın sizinlə bağlı gözləntiləri böyükdür.




02 DEKABR 2012 [00:01]

Qoç - İstənilən yaradıcı fəaliyyət, idman, açıq havada vaxt keçirmək üçün əlverişli gündür. Şən və nikbin olun, darıxmayın, yanınızdakı insanları da qüssələnməyə qoymayın. İşdə tapşırıqları çox ağır saymayın. Zəhmətkeş olun, işi tam başa vurun.
Başqalarının işlərinə ifrat diqqət ayıraraq öz problemlərinizi unutmayın. Əks halda öz işlərinizi həll etmək üçün nə zamanınız, nə də qüvvəniz qalacaq.
Axşam saatlarını sizə əziz insanlara, ailə üzvlərinə həsr edin.

Buğa -
Bu gün vaxt itirməyin. Sürətli və fəal olmalısınız. Şübhələri bir kənara ataraq hissiyatınıza inanın: hissləriniz sizi aldatmayacaq. Çətin işin qeyri-standart həllinə başlamaq olar. Əvvəlcədən hazırlanmış plana tam riayət etməyə, daşlaşmış qaydalara əməl etməyə ehtiyac yoxdur. 
Ruhən sizə yaxın olan insanla ünsiyyət üçün əlverişli gündür. Problemləri müzakirə etmək olar və bu, gərəkdir. Bütün anlaşılmazlıqlara və fikir ayrılıqlarına rəğmən, yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarını yeni macəra axtarışlarında keçirə bilərsiniz.

Əkizlər -
Sakit, məhsuldar və rəvan gündür. İşdə məsələləri yaxşı həll etməyə çalışın. Kimsə sizin işgüzar məziyyətlərinizə şübhə etməməlidir. Danışıqlara başlaya bilərsiniz. Müızakirələrin nəticəsi yetərincə perspektiv layihənin başlanğıcı ola bilər. Yaxşı çalışsanız, müəyyən müddətdən sonra əməyinizlə fəxr edə bilərsiniz.
Dostlar, köhnə tanışlar, uzaq qohumlarla planlaşdırılmamış görüşlər mümkündür. 
Axşam saatlarına yaxın əhvalınız yaxşılaşacaq. Sevdiyiniz insanın yanında vaxtın necə keçdiyini anlamayacaqsınız.

Xərçəng -
Bu gün qərar və hərəkətlərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər. Fəqət həmin heyrət münasibətlərə təsir etməyəcək. Ekstravaqant və orijinal davranışınızın bağışlanma ehtimalı az deyil. Alış-veriş və anlaşmalar üçün əlverişli gündür. Pul və maliyyə ilə bağlı məsələlərdə yanılmamağa, aldanmamağa çalışın.
Ailə üzvləri, dostlar və yaxınlarla mübahisələr istisna deyil. Lakin onları haqlı olduğunuza inandırın.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Axşam saatlarında qəfil görüş ola bilər.
Doyunca istirahət edə, əylənə bilərsiniz.

Şir -
Ümumilikdə pis gün olmayacaq və onu xoş keçirmək sizin əlinizdədir. Qarşınıza çox çətin, mürəkkəb, nail olunması müşkül məqsədlər qoymayın. Hələlik kiçik uğurlarla kifayətlənin. Lazımi istiqamətdə addım-addım, tələsmədən irəliləyin.
Bu gün sizə yardım etməyə başlayan insanlar hələ uzun müddət sizə müttəfiq olaraq qalacaqlar. Sayıq olun, ətrafınızda olanların davranışlarına, yaşanan hadisələrin axarına fikir verin. Sərvaxtlığı əldən verməyin.
Əlverişli şəraitdən və vaxtdan istifadə edərək maraqlı insanla tanış ola bilərsiniz. Aza qane olun, tamahınıza əsir olmayın.

Qız -
Gün ərzində ekstraordinar, adi axarın məcrasından çıxacaq heç bir hadisə baş verməyəcək. Arzularınızdan birinin reallaşmasına çox az qalıb. Bir qədər dözün, səbr edin.
Maraqlı kəşflər mümkündür: çox yaxşı tanıdığınız insan sürpriz edə bilər və ona yaxşı bələd olmadığınızı anlayacaqsınız. Yeni tanışlıq və hətta dostluğun yaranması istisna deyil.
Paltar, elektrik əşyalar, habelə interyer üçün dekorativ əşyalar almaq olar.
Dostların yanında istirahət etmək üçün yaxşı gündür. Romantik görüş isə təsəvvür etdiyiniz, planlaşdırdığınız kimi olmayacaq.

Tərəzi -
Əvvəl başlanmış işlərin başa vurulması və nəticələrin nəzərdən keçirilməsi üçün sakit, əlverişli gündür. Harasa tələsməyin. Yaranmış situasiyanı dəyərləndirmək, planlara dəyişikliklər və düzəlişlər etmək üçün pis gün deyil.
Dostlardan biri yardım üçün müraciət edərsə, ona ehtiyac duyduğu məbləği verin və məsləhətinizi əsirgəməyin. Sizə çoxlu müraciətlər olacaq. Şəxsi həyatda ailə münasibətləri normal, harmonikdir. Qarşılıqlı anlaşma, sizə əziz insanla xoş ünsiyyət vaxtıdır. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək. Gəlir əldə edə bilərsiniz.

Əqrəb -
Astagəllik edərək ətalətli olmasanız, uğur əldə edə bilərsiniz. Bu gün qətiyyətli və fəal olun. Yerinizdə saysanız, çoxdan bəri unutmalı olduğunuz fikirlərə təkrarən qayıdacaqsınız. Cəsarətli, işgüzar, orijinal ideyalara meylli insandan dəstək ala bilərsiniz. Siz onu aşkar avantüralardan çəkindirəcək, o isə sizi cəsarətli addımlara ruhlandıracaq.
Aşkar danışmaqdan, həqiqəti söyləməkdən qorxmayın. Bu gün çoxdan bəri demək istədiyiniz sözləri söyləyin. Sizdən borc almış adam pulu qaytara bilər.

Oxatan -
Gün xoş keçəcək, tələskənlik, qaçaqaç olmayacaq. Harasa gecikməkdən, nəyisə başa vurmamaqdan çəkinməyərək rahat çalışa bilərsiniz.
Bəzi işlər tam təsadüf nəticəsində baş verəcək və sizi sevindirəcək. Sizin üstünlüyünüz belə hadisələri vaxtında görməkdir. Maraqlı görüşlər, habelə sonradan həyatınıza ciddi təsir edəcək şəxslə bir araya gəlməyiniz mümkündür.
Dəvət aldığınız yerə yollanın, diqqətsiz insan kimi tanınmağınıza imkan verməyin. Günün ikinci yarısında və axşam saatlarında sabahın işlərini düşünüb, götür-qoy edə bilərsiniz.

Oğlaq -
Gün maraqlı, xoş və rahatdır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün usanmadan, yorulmadan çalışın. İstəyinizə nail ola bilərsiniz. Qəfil görüş mümkündür. Sərfəli anlaşma əldə etmək şansı var. Lakin sərt, mənfəəti əldən verməyən adam olmalısınız. 
Ailə üzvləri və yaxınlarınızla ünsiyyət zamanı aqressiv olmayın. Əks halda mübahisələr yarana bilər. Mümkün qədər çevik, mütəhərrik olun. Bu məziyyətlər yaşlı qohumlarla ünsiyyətdə dadınıza çata bilər. Axşam saatlarında sosial şəbəkələrdə vaxt keçirməyə çox aludə olmayın.

Dolça -
Əvvəl başladığınız işlərin və yarımçıq qalmış layihələrin başa çatdırılması üçün əlverişli gündür. Doğrudur, mürəkkəb işləri tamamlamaq üçün çalışmağınız lazım gəlir. Lakin can atdığınız hədəfə yaxınlaşırsınız və bunu özünüz də hiss edirsiniz.
Danışıqlar uğurla sonuclana bilər. Nüfuzlu dost və ya hami tapa bilərsiniz. Lakin o insanın sizi idarə etməsinə, qəyyumluq fikrinə düşməsinə imkan verməyin.
Ailə üzvləri və yaxınlarınızın istəklərinə qayğı, diqqət ilə yanaşın, onların tələblərini nəzərə alın. Sizə əziz insanların bu gün özlərini rahat hiss etmələrinə şərait yaradın. Onlar sabahkı günə əmin olmalıdırlar: bu işdə yardımçı olun.

Balıqlar -
Səbrli, təmkinli olun, səbr kasanız daşmasın. Gün ümid və planlar baxımından boldur. Lakin onların bəzilərinin reallaşmasına zaman gərəkdir. İşdən yayınmayın, tələsmədən çalışın. İş yerində təxirəsalınmaz həll edilməsi gərəkən problem yaranarsa, onu çözməyə can atın. 
Ailə üzvləri və yaxınlarınızla münasibətlərinizi tənzimləyin. Sirlərinizi onlarla bölüşmək istəmirsinizsə, konkret suallardan yayına bilərsiniz. Amma unutmayın ki, anlaşılmazlıq, iddialar, umu-küsü ilə qarşılaşa bilərsiniz. Günün ikinci yarısında uzaq səfərə yollanmayın.
Axşam saatları televizor və ya kompüter qarşısında keçirilmiş saatlar olmasın.