MARAQLI

Daşların inanılmaz düzülüşü

Rusiya mətbuatına istinadən xəbər verir ki, əl işlərində o yalnız daşlardan istifadə edir, başqa heç nə. 

 

Böyütmək üçün şəkillərə klikləyin.
























21 dekabr "qiyamət günü" dünya ölkələrini silkələdi

Elə gün olmur ki, dünyada qiyamət günü ilə bağlı yeni məlumat dərc olunmasın. Daha çox Şərq insanının inandığı deyilən 21 dekabr tarixi ilə bağlı Qərb ölkələrində də qəribə proseslər cərəyan edir. Fransadan başlayaq. Rusiya mətbuatının yazdığına görə, Fransada insanlar Buqaraş dağının ətəklərinə və yamaclarına axışır. Polisdən və hərbçilərdən ibarət nəzarət-buraxılış kordonları isə vətəndaşların bura axınının qarşısını almağa çalışır. Axının yaşanmasının səbəbi isə on minlərlə fransızın, habelə digər millətlərdən olan insanların Buqaraş dağını son sığınacaq kimi görməsidir.

Hakimiyyət isə dekabrın 23-ə qədər həmin dağa yaxınlaşmağı yasaqlayıb. Xatırladaq ki, dağın ətəyində də Buqaraş adlı yüksəklik yerləşir və burada da 200-ə yaxın insan yaşayır. Onlar da kəndlərinə olan insan selindən narahatçılıq keçirirlər. Kəndin bələdiyyə rəhbəri isə inanır ki, bura gələnlərin arasında media mənsubları da çoxluq təşkil edəcək. Bu isə gələcəkdə kəndin turizm obyekti kimi məşhurlaşmasında rol oynayacaq.

Fransızların qiyamət gününə inanan kəsimi hesab edir ki, hündürlüyü 1231 metr olan bu dağın ətəyində yadplanetlilərin bazası var. Onların bu inancına görə, Korbyer dağ massivindəki Buqaraş yüksəkliyi “bəşəriyyətin son xilas yeri” olacaq. Bu inamın əsasında isə fransız yazıçısı Jül Vernin “Yerin mərkəzinə səyahət” romanı olub. Sözügedən roman məhz həmin dağa görə yazılıb. Bundan başqa, “Üçüncü səviyyəli yaxın təmaslar” filminin bəzi səhnələri də məhz o dağda çəkilib.

ABŞ hökuməti isə Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialardan təşvişə düşən xalqını sakitləşdirmək üçün hərəkətə keçib. Hökumət özünə aid rəsmi internet saytında (www.usa.gov) yazıb: “Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar yalnız quru və boş iddiadır”.

Şərhdə, həmçinin bildirilib ki, internetdə Mayya təqviminin 21 dekabrda sona çatdığı (ki, çatmamaqdadır), bir quyruqlu ulduzun fəlakətə gətirib çıxaracağı (tamamilə səhvdir), bilinməyən bir planetin gizlicə dünyaya yaxınlaşıb toqquşacağı (qətiyyən doğru deyil) və buna bənzər bir çox iddialar yer alıb. Bu iddiaların çoxlu sayda adamın, xüsusilə də uşaqların dəhşətə düşməsinə səbəb olduğunu deyən hökumət yetkililəri ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) qiyamətlə əlaqədar minlərlə məktub aldığını, məktubların bəzilərinin yaxınlaşan son səbəbi ilə intihar etməyi düşünən insanlar tərəfindən yazıldığını qeyd edib.

ABŞ hökuməti dünyanın 21 dekabrda, ya da 2012-ci il bitmədən əvvəl hər hansı bir gün yox olmayacağını vurğulayıb. Yazılı bəyanatda bildirilib ki, planetlərin toqquşması üçün əvvəlcə 2012-ci ilin may ayı göstərilsə də həmin vaxt heç nə olmadığı üçün bu tarixi dekabr ayına “sürüşdürənlər” ortaya çıxıb: “Dekabrda da belə bir hadisə baş verməsə, görəsən, sonra dünyanın sonu üçün hansı tarixi deyəcəklər?”

Saytda NASA-nın iddiaları çürütmək üçün hazırladığı video üçün də link verilib.

NASA isə son günlərdə açıqlayıb ki, əgər planetlərin toqquşması xəbəri gerçək olsaydı, bu haqda alimlər ən azı 10 il əvvəldən nəsə bilərdilər. Bundan başqa, alimlər bildirib ki, əgər 21 dekabrda dünya ilə toqquşacaq olsaydı, Niburunu indidən açıq səmada görmək mümkün olardı.

Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov da 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaları təkzib edib, Onun sözlərinə görə, təbiətdə insanlıq üçün bir çox təhdidlər olsa da bunlar qlobal bir problem yaratmır: “Rusiya dünya üzərindəki təbii hadisələri izləyə bilmək üçün bütün materiallara sahibdir. Əldəki məlumatlar universal fəlakətlərin 10-15 milyon ildə bir olduğunu göstərir. Dünya üzərində ən son belə təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşdı. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunlar qlobal bir problem yaratmır”.

Qar yağması, buzlanma, sel, daşqın və subasmalar kimi təbii fəlakətlərin Rusiyanın 24 saat yaşandığını deyən nazir daha sonra bunu bəyan edib: “Şübhəsiz ki, bunlar gələcəkdə baş verəcək hadisələrdir və biz bunlara hazırlaşmalıyıq”.

Daha öncə də Rusiya Səhiyyə Nazirliyinin rəsmisi Gennadi Onişenko qiyamət ssenariləri ilə bağlı olaraq xalqın psixoloji sağlamlığının zədə aldığını demişdi: “Bu cür dedi-qoduları ortaya atanlar iddia etdikləri şeyləri 22 dekabr günü isbatlamalı olacaqlar”.

Rusiya parlamentinin bir çox üzvləri də qiyamət xəbərləri ilə əlaqədar hərəkətə keçib. Müxalifət partiyası LDPR-dən olan Mixail Deqtaryov bu məsələ ilə bağlı həmkarları ilə görüşdüklərini, Rusiya televiziyalarına mövzu ilə bağlı xəbərlərdə həssas olmaları üçün məktub yazdığını bildirib.

Xatırladaq ki, Mayya tarixi 2012-ci il, dekabrın 21-də sona çatır. Bir çox insanlar bu tarixdə dünyanın sonunun gələcəyinə inanır. Bu söhbətlərdən faydalanmaq istəyən bəzi kəmfürsətlər isə qiyamət günündə “qorunmaq istəyən” axmaqların cibini “boşaltmaq” üçün ağıla gələn və gəlməyən hər bicliyə əl atır. Belə sarsaq adamlar üçün yeraltı sığınacaqlar təşkil edən kim, qiyamət günü lazım olacaq əşyaların (ərzaq, paltar, şam) alverinə qurşanan kim... 



Marsda neçəyə məskunlaşmaq olar?

Yaxın 15-20 ildə ilk insanlar yaşamaq üçün Marsa gedə bilərlər. Tədricən "Qırmız planet"də 80 min insan məskunlaşacaq. Milyarder Elon Mask - "Space X" kosmik şirkətinin təsisçisi və icracı direktoru - öz istehsalı olan "Dragon" adlı kosmik gəmisini kosmosa göndərəcək.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, o öz planları haqqında Londonda keçirilən "Kral astronavtları icması"nın iclasında danışıb. Milyarder əmindir ki, onun şirkəti insanları qonşu planetə apara biləcək gəmilər inşa edə bilər.

"Space X"in yaradıcısı Marsda bütöv şəhər salmaq niyyətindədir. Burada sakin olmaq üçün isə azı 500 min dollar lazımdır. Marsa gedəcək ilk qrup 10 nəfərdən ibarət olacaq. 




50 ən yaxşı əsər

strit-artın 50 ən yaxşı nümunəsi

 

Böyütmək üçün şəkillərə klikləyin.






































































































































Çörəyi 2 ay təzə saxlamaq mümkün olacaq

ABŞ-ın Microzap şirkəti fenomenal texnologiya hazırlayıb. Anspress-in məlumatına görə, bu texnologiya sayəsində undan hazırlanmış istənilən qida məmulatını iki ay ərzində təzə saxlamaq mümkün olacaq.

Adi üsulla hazırlanmış çörək ən geci 6-7 günə kiflənir. Əgər çörəyi sellofan paketdə saxlasaq, onda olan kif göbələkləri bundan iki dəfə sürətlə artıb çoxalacaq.

Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, burada çörəyin tərkibində olan göbələklər mikrodalğalı şüalanma ilə məhv ediləcək. Alimlər bu texnologiya sayəsində nəinki un məmulatıarını, həmçinin tərkibində göbələk olan digər ərzaqların da saxlama müddətini artırmağa ümid edirlər. 




Tanış olun: uzun quyruqlu, pulcuqlu Obama 

                               

The Guardian-a istinadən bildirir ki, kiçik tar balıqları tipindən olan eteostom növünə məxsus balığa "Etheostoma obama" adı verilib.
Bu balıq Şimali Amerikanın çaylarında yaşayır.

Böyük "Etheostoma obama"ların uzunluğu 48 mm-ə çatır, onların mavi naxışlı narıncı vücudları var.

Alimlərin dediklərinə görə, balığa Barak Obamanın adının verilməsinin səbəbi ətraf mühitin qorunması sahəsində ABŞ prezidentinin qəbul etdiyi qərarlardır.

"Etheostoma obama" ABŞ prezidentlərinin şərəfinə adlandırılmış ilk balıq deyil. Əvvəllər Teodor Ruzvelt, Cimmi Karter və Bill Klintonun da adları balıqlara verilmişdi.


Böyütmək üçün şəkillərə klikləyin.















Süni ağıllı səma qatili hazırdır

Flightglobal-a istinadən bildirir ki, süni intellektlə idarə olunan pilotsuz uçan aparat Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasında "USS Harry S. Truman" aviadaşıyıcı gəmisinə yüklənib.
Ən yaxın vaxtlarda aparatın sınaqlarına başlanacaq.
X-47B kiçik, ovuca yerləşən stansiya vasitəsilə idarə oluna bilər.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanlığının mətbuat xidmətinin yaydığı məlumata görə, uçan pilotsuz aparatın sınaqları gələn ilin ilk aylarında başlanacaq və üç həftə davam edəcək.

X-47B-nin uçuşları dünyada ilk dəfə olaraq gəmi göyərtəsində pilotsuz uçan təyyarənin uçuşları olacaq.

"Control Display Unit" (CDU) adlı idarəetmə stansiyası pilotsuz uçan aparatın akselerator və sükan mexanizmini idarə edir.

ABŞ HDQ-i 2018-ci ildə X-47 B ilə təchiz ediləcək.
Radarlar üçün "gözəgörünməz" olan bu aparat kəşfiyyat və yerdəki hədəfləri vurmaq üçündür.

 

Böyütmək üçün şəkillərə klikləyin.












Yeni təyyarə: dünyanın "o başına" cəmi 4 saata

"Skylon" adlı kosmoplan atmosferlə yanaşı, kosmik orbitdə də uça biləcək.

 The Daily Mail-ə istinadən bildirir ki, "Reaction Engines Ltd" şirkətinin hazırladığı "Sabre" ("Qılınc") mühərriki atmosferdə təyyarə, kosmosda isə raket mühərriki ilə çalışacaq. "Skylon" indiki təyyarə və kosmik raketləri əvəzləyərək sərnişinləri dünyanın ən uzaq nöqtəsinə ən uzağı 4 saata çatdıra biləcək.

"ESA "Sabre" mühərrikinin yaradılması üçün gərəkli texnologiyalardan razı qalıb, - ESA-nın nümayəndəsi Mark Ford deyib. - Nəqliyyat vasitəsindən istifadəni çətinləşdirən son maneə də aradan qaldırıldı. Reaktiv təyyarələrdən sonrakı dövrə qapılar artıq açıldı".

"Skylon" kosmoplanının mühəriki unikal texnologiyaya malikdir. Mühərrik havanı çox böyük sürətlə sovurur, onu +1000 dərəcədən -150 dərəcəyə 1/100 saniyəyə soyudur.

Bəhs etdiyimiz texnologiya reaktiv mühərriklərin maksimal sürətini məhdudlaşdıran maneəni də aradan qaldırır. Hazırda reaktiv mühərriklərin maksimal gücü səsdən 2,5 artıq sürətdir.
"Reaction Engines" şirkəti həmin səddi asanlıqla aşacağına şübhə etmir.

"Skylon" kosmosa sərnişin və yük çıxarılmasının dəyərini on dəfələrlə ucuzlaşdıracaq, kosmosa hər dəfə 12 tona qədər yük apara biləcək.

"Skylon"un ilk versiyasının hazırlanması üçün 250 milyon funt-sterlinq gərəkdir.

 

Böyütmək üçün şəkillərə klikləyin.




















SEVGİLİYƏ ETİBAR ETMƏK OLARMI?

Sevgiliyə etibar etmək olarmı? Ona nə qədər güvənirsən? Bunları bilmək isəyirsinizsə, testi yoxlayın!

Sevgilin təxminən bir aydır ki, səninlə yaxşı söhbət etmir. Bu barədə nə düşünürsən?
a) Yəqin mənə xəyanət edir
b) Bəlkə hansısa problemi var və mənə demək istəmir

Sevgilin hərdən əvvəlki sevgilisi ilə söhbət edir və sənin bundan xəbərin var. Sənə, sadəcə, dost olduqlarını deyir. Buna necə reaksiya verərsən?
a) Araşdırma apararam
b) O, elə deyirsə, deməli, hər şey qaydasındadır

Axır vaxtlarda sevgilin işdən gec qayıdır. Nə edərsən?
a) Onu izləyib səbəbini öyrənməliyəm
b) İşini sevir və iş prinsiplərinə sadiq olduğu üçün hərdən gec gələ bilər. Bu çox normal bir şeydir

Sevgilin məşhur bir insandan xoşu gəldiyini etiraf edir. Nə fikirləşərsən?
a) Hmm... Təhlükə hiss edərəm və sıxılaram
b) Burda fikirləşməli heç nə yoxdur. Mənim də bəyəndiyim tanınmış simalar var

Sevgilin işi çıxdığı üçün birlikdə tətil planınızı gələn həftəyə təxirə salamlı olur. Nə hiss edərsən?
a) Gələn həftə də təxirə sala bilər. Buna görə narahat olmağa başlayaram
b) Söz veribsə, deməli, gedəcəyik

Sərxoş olduğu vaxtlarda sizdən başqalarına da baxır və göz flörtü edir... Nə edərsiniz?
a) Əlbəttə ki, ona nəzarət edərəm
b) Bu, sadəcə, əyləncə xarakterlidir və boş şeydir

Sizə axşam saat 8-də zəng edib bütün gecəni ofisdə keçirmək məcburiyyətində olduğunu desə, nə edərsiniz?
a) Bütün gecə zəng edib yoxlayaram
b) Sağlamlığı üçün narahat olarsınız

Nəticələr:

A variantı çoxluq təşkil edirsə:
Sizin qısqanclıq səhnələriniz nəinki, kişiləri hətta dostlarınızı da bezdirir. Hər bir hərəkətindən xoflanıb şübhə edirsiniz. Bu hərkətlərinizlə onu özünüzdən kənarlaşdırırsınız. Kişilər sərbəst olmağa alışıb və bu cür davranışlar onları ancaq bezdirə bilər. Sevgilinin xəyanət etməyindən şübhələnirsənsə, ona hiss etirmədən öyrənmək daha məqsədəuyğun hesab olunur.

B variantı çoxluq təşkil edirsə:
Onun sənə xəyanət etməsinə şübhə etmirsən. Münasibətləriniz qarşılıqlı güvən və inam əsasında qurulub.

A və B variantı eyni saydadırsa:
Dəhşətli dərəcədə qısqanclıq göstərməyinə ehtiyac yoxdur. Lakin gözün hər zaman onun üzərində olur. Etdiyi bəzi hərəkətləri normal qarşılaya bilərsən, lakin ciddi şeyləri görməzlikdən gələ bilmirsən. Onun başqaları ilə göz flörtü etməsinə icazə vermirsən. Davamlı olmasa da, ona nəzarət edirsə



EŞŞƏK OĞRULARINA EŞŞƏKLƏ CƏZA

 DHA-ya istinadən bildirir ki, yerli sakinlər eşşək oğrularını elə eşşək kimi döyəndən sonra oğurladıqları eşşəklərin boyunlarına kəndir salıblar, həmin kəndiri də oğruların boyunlarına bağlayıblar. Oğrular polisə təhvil veriliblər.

Polis maşını qəsəbədən çıxana qədər yerli sakinlər oğrulara söyüblər.


 

Böyütmək üçün şəkillərə klikləyin.















ANA DÜKANA GİRDİ, QIZINI İSƏ...

DHA-ya istinadən bildirir ki, 4 yaşından kiçik olduğu bildirilən qızını it təki küçəyə bağlayan ana dükanda alış-veriş edəndən sonra heç nə olmamış təki çölə çıxıb, qızını açıb və gedib.

 

 

XXI ƏSRİN ROBİNZONU

Rusiya mətbuatına istinadən XXI əsrin Robinzonunun fotolarını təqdim edir. 

 

 

 

QADINLARDA KISILERI EN ÇOX NƏLƏR CƏLB EDIR?

Kişilər qadınların nə gözlərinə, nə də ki, dodaqlarına heyran olurlar. Kişilər qadınlarda ən çox aşağıda yazılan 7 şeyə heyran olurlar.Kişilərin və qadınların bədənlərində hansısa bəyəndiyi xüsusi bir yer olmur. Sadəcə, kişilər özlərindən asılı olmayaraq, hansısa bölgələrə heyran olurlar.

Yumşaq dəri
Kişilər yumşaq dərisi olan adamlara valeh olur. Kişilərin qadın dərisinə diqqət etmədiyini və dəyişiklərin fərqində olmadığını düşünürsünüzsə, yanılırsınız. Onlar hər xırda şeyi belə nəzərdən qaçırmırlar. Öz dəriləri qalın və kobud olduğuna görə yumşaq dəriyə toxunmaqdan zövq alırlar.

Həssas dəri
Kişilər bədənin ən həssas və nazik olan yerlərindən öpməyi və toxunmağı çox sevirlər.

Tüksüz qollar
Kişilər qadın qollarının tüksüz və yumşaq olmasını istəyir. Yəni qollar da kişilərin heyran olduqları siyahıya daxildir.

Gözəl çiyinlər
Kişilər qadınlarda çiyin dekoltəsini çox sevirlər.

Cazibədar ayaqlar
Kişilər qadınların ayaqlarını çox bəyənirlər. Xüsusən də, qısa ətəkli qız görəndə onlar dəli olur və həmin qıza  baxmadan dayana bilmirlər.

İncə bel
İncə belli qadınlarda geyimlər daha yaxşı görünür. Təbii ki, kişilər də incə belli xanımlara heyran olurlar.

Yanaqda əmələ gələn batıqlar
Kişilər qadınlarda təkcə bədən quruluşunu bəyənmirlər. Üz quruluşunda da müəyyən hissələr var ki, kişiləri daha çox cəzb edir. Yanaqda əmələ batıqlar kişiləri dəli edir.