HEKAYELER VE SERLER

GECIKDIM (BOLUM 7)-BOLUM 6 ASAGIDA...


Başı əlindəki kağızlara qarışdığından qabağına baxmır, buna görə biriylə toqquşdu. Qabağına baxmadığına görə günah onda idi. Başını qaldırdıqda gözlərinə inanmadı.
EMİN. Yerində donub qaldı. Heç vaxt Eminə bu qədər yaxın olmamışdı. Emin gülümsünürdü. Bəlkədə onun gülməyinə səbəb Aynur üzündəki həyəcan qarışıq utancaqlıq, çaşqınlıq hissinin verdiyi mimikalar idi. Emin gülməyinə davam edərək: - Allah bağışlasın, eybi yox - deyib keçib getdi.
Aynur çaşıb qalmışdı. Emindən üzr istəməmişdi axı. Demək Emin onun utancaqlığını duymuş, ona sataşmışdı, Aynur kəkələyə-kəkələyə, səsi güclə çıxaraq - Bağışlayın - deyə bildi. Emin eşitdi deyəsən. Çevrilib baxdı və gülərək çıxıb getdi. 
Aynur hələdə özünə gəlməmişdi. Özünü toplayıb dərs otağına getdi. Birinci dəfə idi Eminə bu qədər yaxın olmuş, onunla danışmışdı. Bütün gün bunun təsiri altında oldu. Gah öz-özünə gülümsündü, gah da donub qaldığına görə, Eminin gülməyinə səbəb olduğuna görə özünü qınadı. Bütün bunlara baxmayaraq yenə xoşbəxt idi. Çünki Emini görmüşdü. Artıq Emindən xoşlanmaq dərəcəsi deyəsən sevgiylə əvəz olunmağa başlamışdı. Platonik məhəbbət bu imiş. Kimsə sənin nələr yaşadığından xəbəri olmur, sən isə ona qarşı qarşısını ala bilmədiyin hissləri yaşayırsan. Onun bir baxışıyla özünü dünyanın xoşbəxti hesab edirsən. Öz-özünə ürəyində onunla söhbət edir, 1001 xəyal qurursan. Onu gördükdə ürəyindən anlaşılmaz hisslər meydana çıxır, ürək ritmləri sürətlənir, sanki köksünə sığmır qəlbin. Bütün bunları bilirdi Aynur. Elə ona görədə əmin idi artıq Emini sevdiyinə. 
Evə qayıdırdı, yenə küçədə güclü futbol başlamışdı. Kənanın səhərki geyimindən əsər-əlamət qalmamış. Ronaldo-sun geyinmişdi. Aynur evə çatıb, yeməyini yemədən küçə futbolunu izləməyə başladı. Kənan həqiqətən çox gözəl oynayırdı. - Yəqin futbolçu olacaq, ona görədə dərsə getmir - deye fikirləşdi Aynur. Kənan bir dəfə belə olsun Aynur tərəfə baxmırdı. Digər uşaqlar isə özlərini, oyunları Aynura nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlar Aynura çox gülməli gəlirdi. Uşaqların özlərini göstərməsi, onun bəyənməsinə çalışmaları olduqca əyləncəli idi. 

Artıq axşam olmuşdu. Aynur dərslərini hazırlayıb, yatağına uzandı. Yenə Eminli xəyallar başlamışdı. Elə bu vaxt telefon səsləndi. 
Aynur: AlO
Telefonun digər ucunda həzin mahnı səslənirdi. Kim isə Rafet El Romanın məhəbbət mahnılarından birini qoymuşdu.
Aynur bir az qulaq asıb dəstəyi yerinə qoydu.
Günlər bir-birini sürətlə əvəz edirdi. İlahə təhsil haqqını verdiyinə görə kəsir imtahanlarını verib dərsə qayıtmışdı. Amma əvvəlki İlahə deyildi. Sanki ağlı havada idi. Dərsə elə də maraq göstərmir, bütün gün sevgilisi ilə smsləşir, dərsdən sonrada gəzməyə gedirdi. Artıq Aynur ona heçnə demirdi. Bilirdi ki, dediklərinin onsuzda bir mənası yoxdur. İlahə öz bildiyindən heç vaxt əl çəkməyəcək.

 Hətta 2 gün öncə İlahə ilə mübahisəsi düşmüşdü. 2 gün əvvəl dərs çıxışında İlahə ilə gedərkən bir oğlan İlahəyə yaxınlaşıb, onunla danışmaq istədiyini bildirir. İlahə nə qədər yox desədə oğlan əl çəkmir. Axırda İlahə razılaşır. Onlar Aynurdan bir az aralanıb söhbət edirlər. Aynurda kənarda durub İlahəni gözləyir. 10 dəqiqə sonra İlahə gəlir. Gülürdü. 
Aynur - Nə olub o kim idi?
İlahe: Bizim rayondan oğlan. Məktəb vaxtından məni sevir. Amma mən onu istəmirəm. Əsgər gedəcək 3-4 günə. Gəlib mənlə görüşməyə. Məndə son qərarımı dedim ki, məni unutsun. Gedib öz tayını tapsın. Oda ağlayırdı. Ona görə gülürəm. O boyda oğlan qabağımda durub ağlayır.
Aynur: İlahə sənin qəlbin niyə belə daşdı. Görünür ki, o səni çox sevirmiş. Niyə qəlbini qırırsanki.
İlahə: Boş ver onun qəlbindən mənə nə.
O gündən bəri Aynur İlahənin sevgi duyğusunun olmasından şübhə edirdi. Bu qız hər şeyi öz maraqlarına görə ölçürdü. Kimsənin qəlbi, duyğuları önəmli deyildi. İlahəni əsldən sevən, ona görə göz yaşı tökən oğlana yazığı gəlirdi.
Qrupdakı digər qızlar İlahəyə elədə üz vermirdilər. Bu heç İlahənin vecinə deyildi. 

Qrup nümayəndəsi Günay dekanlığa çağrıldı. 10 dəqiqə sonra gəlib bildirdi ki, Aynur və o seminara başqa universitetə göndərilir. Aynur getmək istəmirdi. Amma məcbur qalıb Günayla getməli oldu. Seminar keçirilən Universitetə çatıb seminar otağına girdikdə gözlərinə inanmadı. Emində orda idi. Həmdə onlar oturmalı olduqları stolun arxasında əyləşmişdi. Qızlar keçib əyləşdilər. Günay Eminin yanında oturdu. Emində universitetdən göndərilmişdi seminara. Seminar başlayana qədər Günay Eminlə söhbətə başladı. Sən demə Emin universiteti bitirdikdən sonra xarici ölkəyə gedəcək. Aynur bunların hamısını eşidirdi. Eşitdikcədə ürəyində qara qanlar axırdı. Qəlbinin sahibi, ağ atlı prensi gedəcəkdi. Həmdə bir daha görməyəcəkdi onu. Heç olmasa ayda bir dəfə görmək Aynur üçün təsəlli idi. Amma Emin gedərsə heç vaxt onu görə bilməyəcəkdi. Ağır düşüncələrə qapılmışdı.

Emin: Siz, söhbəti sevmirsiz?
Günay: Aynur, Aynur. Nə olub sənə? Emin sənlədi...

P.S: Ardı var...



MARAQLI FACEBOOK STATUSLARI


Bəli ,haqqliyiq sıfırın gücü yoxdur.Amma unutmayaq ki,onun itirəcəyi də heçnə yoxdu.

Maraqlı facebook statusları

Səni sevdiyimi anlayacaqsan .Sevmədiyim zaman ...

Maraqlı facebook statusları 

Sən cavabları əzbərləyirsən,həyat isə eyni sualları təkrarlamaz.

Maraqlı facebook statusları 

Çox gülənlərə yaxşı davranın ,çünki onlar hər zaman tək ağlar.

Maraqlı facebook statusları 

Sizə vaxtını ayırmayan şəxsə qarşı heç vaxt özünüzü xərcləməyin.

Maraqlı facebook statusları 

Bir müddət sonra anladım ki,əvəz edilməz sən deyilsən,sadəcə olaraq mən əvəz etməyi bilməyənəm.

Maraqlı facebook statusları 

Madam gedəcəkdi ,niyə gələcəkdən bəhs etdi.?...

Maraqlı facebook statusları 

Ağıllı bir insana qulaq asmaq istəyəndə özüm -özümlə danişiram..

Maraqlı facebook statusları 

Ağıllı adamlar ağılsız adamlardan daha çox səhv edir.

Maraqlı facebook statusları 

Bir qız gözəldisə ondan qorx,gözəl və yalnizdisa lap qorx ,gözəl,yalniz vəqəlbi qırılmışdisa naxadi özünü ölülüyə vur.

Maraqlı facebook statusları 

Bircə onu bilirəmki heçnə bilmirəm.

Maraqlı facebook statusları  

Heç kim müvəffəqiyyət nərdivanına əli cibində dırmaşa bilməmişdir.

Maraqlı facebook statusları 

Hər şeyin başlanğıcı kiçikdir.

Maraqlı facebook statusları 

Sevgilisi olmayanlar əsəbi olur deyərlər.O hardan çıxdı,əsəbləşdirməyin məni.

Maraqlı facebook statusları 

Hamımız qəhqəhələrimizi göz yaşlarımızla ödəyirik.

Maraqlı facebook statusları 

Sülh istəyirsənsə müharibəyə hazırlaş



GECIKDIM (BOLUM 6)-BOLUM 5 ASAGIDA...


Ağlayıb ürəyini boşaltdıqdan sonra isə səssiz xəyallarına qapılırdı. Özüdə özündən baş aça bilmirdi. Axı elə böyük bir dərdi yox idi. Nə idi onu bu qədər sıxan, üzən. Hələdə cavabını tapa bilmirdi.
Bəlkə təklik idi onu yoran, ya ətrafında gördüyü insanların saxta təbəssümləri, şəhər həyatının çətinlikləri. Bəlkədə, özünü bəyənməməsi. Aynur heç vaxt özünü bəyənmirdi. Özünü hamıdan pis hesab edir, kimsəyə gərək olmadığı düşünürdü. Necə ola bilər ki, 19 yaşında olan bir qız bu vaxta qədər kimdənsə ciddi, əsldən səni sevirəm kəliməsini eşitməsin. Düzdür, o heç vaxt ağlına belə gətirməmişdi ki, kimləsə sevgili olsun, əl-ələ tutub gəzsin, dolaşsın. Amma qəlbi sevilməyə ehtiyac duyurdu. 
Düzdür, məktəb illərində, hətta tələbə olduğu 2 il ərzində ona yaxınlaşan, tanış olmaq istəyən az deyildi. Amma Aynur heç birini yaxına qoymamış, kimsəyə inanmamışdı. Sevgi dedikdə kimsəyə zərər verməyən, saf, məsum hisslər fikirləşirdi. Onuda səssiz-səmirsiz sevsinlər və bu sevgini ona sübut eləsinlər. O zaman bəlkə kiminsə sevgisinə inanardı. 
Həmişədə sevgi deyəndə Emin gözünün önünə gəlirdi. 2 ay olurdu Emini görmədiyi. Bəlkədə yəqin indi sevgilisi ilə birlikdədi. O cür oğlanın olmaz ki, sevgilisi olsun. Yəqin Emin indi xoşbəxtdir. Onu kiminsə sevməsindən xəbəri belə yoxdur. Axx bir cəsarətim olsaydı...
Axşama qədər parkda oturdu, fikirləşdi. Düşündü. Heç bir nəticəyə hasil olmadı. Kor peşman evə qayıtmağa başladı. Küçələrinə çata-çatda Kənanla üzləşdi. Hər zaman olduğu kimi Kənan yenə harasa qaçırdı. Az qala toqquşacaqdılar. Kənan başını aşağı salıb qaça-qaça getdi. 
Aynur: - bu boyda oğlan oldu bu hələ keçi kimi tullanmaqdan əl çəkmədi də, bunun tayları universitetə hazırlaşır, bu bütün gün küçələrdədi.
Səhər tezdən telefon zənginə yuxudan oyandı. Bu gün birinci dərs olmadığına görə ikinci dərsə gedəcəkdi. Görəsən kimdi bu vaxt zəng vuran. İlahə idi.
İlahə: - Aynuş, 1-ci gündən dərsə qayıdıram. Atam pulun bir hissəsini tapıb. Universitetlə danışmışıq. Qalanınıda dərs ili sonuna qədər ödəyəcəm. Qısacası, yenə birlikdəyik..
Aynur: - İlahə bundan gözəl xəbər ola bilməzdi səhər-səhər, çox sevindim.
İlahə: - Sənə demişdimdə özümü öldürməyə dəyməz. Olacaq olmalıdır vəssalam. Gözlə məni Bakı gəlirəm)))))))))))))) 
Aynur: - Sən dəlisən vallah ))
İlahə: - Dərs bir tərəfə, ən çox Cavidə yaxın olacağım üçün sevinirəm. 
Aynur: - İlahəəəəəəəəəəəəə yenə?? Bəsdidə..
İlahə: - Yaxşı-yaxşı dedim səhər-səhər səni yaxşı xəbərlə oyadım. Hələlik.
Sağollaşdıqdan sonra Aynur artıq yata bilmədi. İlahə çox həyatsevər insan idi. Nə olursa olsun onun xoşbəxtliyini poza bilmirdi. Bu xasiyyəti Aynurun ona qibtə etməsinə səbəb olurdu. Aynur ən kiçik bir sıxıntıda belə depresiyaya düşür, ümidsizlik içində çırpınırdı. Belə momentlərdə də gücü ancaq ağlamağa çatırdı. 
Küçədən qarmaqarışıq səslər gəldi. Qalxıb pəncərəyə yaxınlaşdı. Gecə paltarında olduğu üçün pərdənin arxasından küçəyə boylandı. Kənan həyət qapılarının ağzında durmuşdu. Aynurgilin pəncərəsinə doğru baxırdı. Başını aşağı salmadığına görə Aynur ilk dəfəydi Kənanın üzünü belə aydın görürdü. Çox təmiz baxışları, gözləri vardı. Buruq saçları qara üzünü daha sevimli etmişdi. Hər zamandan fərqli olaraq Kənanın əynində Ronaldonun köynəyi yox idi. Səliqə ilə kostyum-şalvar geyinmişdi. Geyimi ciddi olsada yenə özünü saxlaya bilmir, yerində adətən qaynayırdı. Bir yerdə sakit dura bilmirdi. Onun bu hərəkəti Aynurun gülməyinə səbəb oldu.
Artıq Aynur Kənanı məhlədə ətrafında görməyə adət etmiş, bir gün küçədə görməyəndə gözü onu axtarar olmuşdu. Fikirləşirdi ki, Kənansız bu küçənin yaraşığı olmaz. Bir yerdə dura bilməyən bu oğlanı Aynur hətta çox istəməyə başlamışdı. İnternet klubda ondan pul almama tələbini isə məhlə qızına qarşı jest, hörmət kimi etdiyini düşünmüşdü. Buna görə ona əsəbləşə bilmirdi. 
Bir az pəncərəyə baxdıqdan sonra Kənan çıxıb getdi.
Radioda ritmik mahnı verilirdi. Aynur mahnının sözlərini təkrar edə-edə mişka Kənanla (bu mişkanı 2-3 ay olar ki, almışdı. Qara olduğuna görə Günel ona Kənan adını vermişdi) rəqs edirdi. Daha sonra hazırlanmağa başladı. 
Yuxusunu yadından çıxara bilmirdi. 
Çox qəribə bir yuxu görmüşdü. O kiminsə arxasınca qaçırdı, çata bilmirdi. Qan-tər içində idi. Artıq getməyə gücü qalmamışdı. Durduğu yerdə oturdu. Arxadan kimsə səslənirdi. Çevrilib baxanda bir nəfərin onun dalınca qaçdığını, eynən onun kimi yorulub əldən düşdüyünü, buna baxmayaraq yerdə sürünərək ona yaxınlaşdığını görür. 
Yuxunun təsiri altında evdən çıxıb Universitetə yollanır. 
Yenədə darıxdırıcı 1-ci dərs bitir. Hazırladığı kurs işini dekanlığa təhvil vermək üçün ora yollanır. Başı əlindəki kağızlara qarışdığından qabağına baxmır, buna görə biriylə toqquşdu. Qabağına baxmadığına görə günah onda idi. Başını qaldırdıqda gözlərinə inanmadı. 

P.S: Ardı var.... 



GECIKDIM (BOLUM 5)-BOLUM 4 ASAGIDA...


İkinci kursun birinci semestri bitmiş, qızlar rayona evlərinə qayıtmışdılar. 12 günlük tətildə Aynur qızlar üçün, universitet üçün, ən çoxda Emin üçün darıxmışdı, hətta evlərinə gedərkən mişka-Kənanıda özüylə aparmışdı. Evdə isə ona gözləmədiyi bir xəbər vermişdilər. Aynur üçün elçi gəlmək istəyirdi. Ailə razı idi. Aynurun fikrini bildirməsi qalmışdı. Aynur elçilərin kim olması ilə heç maraqlanmadı belə. Ailəsinə Universiteti bitirməmiş ailə qurmayacağını söylədi. 
Beləcə tətili bir az cansıxıcı keçdi. 
Tətildən sonra yenidən dərslər başlanır. 
Aynur Universitetə gələndə onun üçün ağır olan xəbəri eşidir. Emin artıq son kursda idi. İmtahanları bitirmiş, diplom müdafiəsinə buraxılmışdılar. Bir daha Universitetə gəlməyəcəkdi. Hara isə təcrübəyə göndərilmişdi. Digər bir acı xəbəri isə qrup nümayəndəsi verdi. İlahə təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmamış, nəticədə çox sayda kəsiri qalmışdı. Buna görədə dərslərdən azad edilmişdi. Dərslərə buraxılması üçün kəsirlərini verməli, kəsirləri vermək üçün təhsil haqqını köçürməli idi. Bunları etməsəydi universitetdən xaric ediləcəkdi.
Aynur o günü çox ağır keçirdi. Bir tərəfdən Emini bir daha görməmək qorxusu, digər tərəfdən bütün mənfi xüsusiyyətlərinə baxmayaraq çox istədiyi rəfiqəsi İlahənin Universitetdən xaric olunma qorxusu.
Evə necə gəldiyini bilmədi. Yanından ötən Kənanı belə görmədi. 
Evdədə onu hay-küylə qarşıladılar. Günel Samirənin köynəyini ondan soruşmamış dərsə geyinib getmiş, necə olmuşdusa üstünə ləkə yaxmışdı. Buda Samirəni cin atına mindirmişdi. Bir-biri ilə deyişirdilər.
Samirə: İcazəsiz geyinib getdiyin bəs deyil, köynəyimidə pis günə qoymusan.
Günel: Əcəb eləmişəm (üstəlik dilini də çıxardı).
Günel olduqca şıltaq idi. Samirənin əsəbləşməsi onu daha da qıcıqlandırır, qızı əsəbləşdirmək üçün əlindən gələni edirdi. 
Samirə əsəbindən pörtmüşdü. Nə edəcəyini bilmirdi. 1 deyirdisə Günel günahı ola-ola 5 qaytarırdı.
Tələbə evinin günü bu olsa gərək. Heç nədən ortaya bir şey salır, onun söhbətini edib qurtara bilmirdilər.
Aynurun qanı qara idi, bir tərəfdən də qızların bu küsüşməsi onu daha da əsəbləşdirirdi. 
Axırda o da Samirə tərəfdən vəkillik eləməyə başladı və Günelə haqsız olduğunu bildirdi. Söz savaşı bir azda qızışdı. Nəticədə hər 3-ü küsüşüb öz guşələrinə çəkildilər.
Otaqda sakitlik yarandı.
O gün elə ağır düşüncələrlə, ağır əvhal-ruhiyyə ilə keçdi.
Gecənin bir yarısı Aynur üzərində ağırlıq hiss elədi. Ayağını tərpədə bilmədiyini gördü. Nə olduğunu bilmək üçün dikəldi. Üzünə, gözlərinə su damcıları düşürdü. Sən demə, yağış yağırmış. Tavanın köhnəldiyi üçün dammağa başlamış, Aynurun yatağını tamamilə islatmışdı..
Qızlarda oyandılar. Axşamdan küsülü olduqları yaddan çıxmışdı. Hər üçü bir-birinə qarışıb gülürdü. Saat gecənin yarısı olduğuna görə Validə xalanı oyatmadılar. Aynurun yatağını yığıdırdılar. Daman yerə vedrə qoydular. Günel alicənablıq edib o gecə yatağını Aynur ilə bölüşdü. Beləcə ilk küsülülük yağış sayəsində bitdi..
2-3 gün keçdi. Hələ də nə Emindən, nə İlahədən bir xəbər ala bilməmişdi. İlahənin telefonu bağlı idi, dərsdən çıxanda Aynurun telefonuna tanımadığı nömrədən zəng gəlir, İlahə idi.
O hələdə rayonda idi. Dərslərə buraxılmadığına görə qayıtmamışdı. Aynur:
- İlahə bəs nə edəcəksiz? Əyər təhsil haqqını verməsən universitetdın azad olunacaqsan.
İlahə: Hə bilirəm. Neynəyimki, dünyanın axırı deyilki. 
Aynur: Sən necə bu qədər rahat ola bilirsən? Sənə görə mən həyəcan keçirirəm.
İlahə: Olacaq onsuzda olmalıdır. Mən həyəcan keçirməklə düzəlməyəcəkki.
Aynur: Bəs Orxan nə olacaq? (İlahənin 2 yaş balaca sevgilisi)
İlahə: Biz onunla ayrılmışıq.
Aynur: Niyə?
İlahə: O hələ evlənmək haqda heç düşünmür. Universiteti bitirdikdən sonra xaricdə təhsil almaq istəyir. Mən onu gözləyə bilmərəm. Elə ona görədə nömrəmi dəyişmişəm. Bu isə mənim təzə nömrəmdi. 
Aynur: İlahə sənə inana bilmirəm, evlilik sənin üçün bu qədər asan məsələdir ki, kimlə gəldi bu haqda düşünürsən? Qarşına kim çıxdı evlənmək gözü ilə baxırsan?
İlahə: Aynur başa düş mən rayonda qalmaq istəmirəm. Necə olursa olsun mütləq Bakılı biri ilə ailə qurmalıyam
Aynur: Bakıda qalıb neyləyəcəksən axı? İnsana harda xoşbəxt olacaqsa orda qalmalıdır.
İlahə: Aynur bəsdi sən ALLAH mən burda xoşbəxt ola bilmərəm. Bu söhbəti bağlayaq. Mənim həyatımda artıq Cavid var.
Aynur: Cavid kimdir?
İlahə: Yeni tanışım.
Aynur: Onunla harda tanış olmusan????
İlahə: Özün bilirsən ki, mən vaxt itirməyi sevmirəm. Həyata pozitiv baxmaq lazımdır. Orxan yoxdursa yoxdur. Artıq Cavid var. Onunla telefonda tanış olmuşuq.
Aynur: İlahə sənə inana bilmirəm, tanımadığın, üzünü görmədiyin biri ilə telefonda tanış olursan, sonrada xəyal qurursan.
İlahə: Aynur narahat olma hər şey yaxşı olacaq.
Aynur: İnşAllah nə deyimki. Sən bilərsən. Amma mütləq təhsil haqqını həll edin. Səni yenidən universitetdə görmək istəyirəm.
İlahə: Görəkdə qismət.

Aynur İlahə ilə sağollaşıb Universitetin yanındakı parka gedir. Bilirdi evə getsə tək darıxacaq. Evə getməyi gəlmirdi. Günel xəstə olduğuna görə icazə alıb rayona getmiş, Samirə isə əmisi yoldaşı xaricdə olduğuna görə əmisigildə qalıb əmisi uşaqlarına göz olurdu.
Fevral olsada hava mülayim idi. Parkda əylənən uşaqların gülüşü ətrafa yayılmışdı. Aynur heç bir dərdi olmayan bu varlıqlara baxır, ürəyində uşaq olmaq arzusu baş qaldırırdı. Son vaxtlar tez-tez ürəyi sıxılır, səbəbini bilmədən onu ağlamaq tuturdu.

P.S: Ardı var və çox maraqlıdı... 





GECIKDIM (BOLUM 4)-BOLUM 3 ASAGIDA...


Bir gün isə çox qəribə bir şey oldu.. 2 saata qədər internetdən istifadə etsə də kassa ondan pul almadı. Səbəbi isə bu gün hədiyyədir dedilər. Heçnə başa düşməyən Aynur təəccüblə ordan evə gəldi. Həmin gündən etibarən hər dəfə internet kafeyə getdikdə ya ondan hansısa bir səbəbə pul almadılar, yada çox cuzi bir miqdarda götürdülər. Tanımadığı kafe sahibinin bu hərəkəti qıza təəccüblü görünürdü. Niyə kimsə ona güzəşt etsinki. Adamın başının üstündə Allah var, kafe sahibi ağıllı mərifətli insana oxşayırdı. Başqa bir fikri olana oxşamırdı. Ona bacı deyə müraciət edirdi. Axırda Aynur öz-özünə düşündü ki, yəqin tələbədir deyə ona güzəşt edirlər. Ta ki, o kafenin esl sahibini öyrənənə qədər.

Bir gün yenə vacib bir informasiyanı götürmək üçün Aynur kafeyə gedir. Bir xeyli müddət oturduqdan sonra kassaya pul uzadanda kassir pulu götürmür. 
Aynur axırda dilə gəlir: bu qədər hörmət bəsdi. Sizin kafe mənə görə işləmirki. Tələbə olsamda dərslərimə görə ayıracağım pulum var. Xahiş edirəm pulu götürün.
Kassir: Bağışla bacı, pulu ala bilmərəm.
Aynur: Axı niyə buna səbəb nədir?
Kassir: Mənə belə tapşırılıb ki, o qız nə vaxt burdan istifadə eləsə pul götürmə.
Aynur kassiri ha dilə tutsada ona kimin bu sözü dediyini öyrənə bilmədi. 
Fikirli-fikirli evə gəlib olanları qızlara danışdı. Hərə bir fikir irəli sürdü. Samirə dedi yəqin tələbəsən ona görə, Günel isə - “kafe sahibi sənə vurulub ona görə pul almır” dedi. Aynura bunların heç biri inandırıcı gəlmirdi. Axı 3-4ayda bu küçədə ev sahibindən başqa bir insanla kəlmə kəsib danışmamışdılar. Kim ona bu yaxşılığı etmək istəsinki. Artıq özünədə çox maraqlı gəlirdi bunun səbəbi. 
Nəhayət bir gün hər şeyi öyrənə bildi. 
Kitabxanadan qayıdanda həyətlərində qapıda duran6-7 yaşlı oğlan uşağını kənara çəkdi (uşaq həyətlərində yaşayırdı) – sən o internet kluba gedirsən?
Uşaq: Hə. Biz ora tez-tez gedirik oyun oynamağa. 
Aynur: Səndən pul alırlar?
Uşaq: Hə pul olmayanda içəri qoymurlar məni.
Aynur: Ora kimin klubudu?
Uşaq: Dey ordakı əmigilin.
Aynur: Ordakı əmi kimdi???
Uşaq: Odey.. Kənanın atası..
Aynur quruyub qalmışdı. Kənanın atasının kafesi??? Kənanın atası məndən pul niyə almır??
Sanki birdən beynində ildırım çaxdi.. Kənan... Bunu yəqin ki, Kənan eləyib. Bəs Kənan niyə belə bir şey eləsinki. 
Aynur bu sualları öz-özünə verə-verə evə gəlir. Olanları qızlara danışır. Günel gülməyə başlayır: - Bəxtəvər başına, qara qazan sponsorun olub (Günel Kənana qarabuğdayı olduğuna görə qara qazan adı vermişdi).
Günelin zarafatına hamı gülüşür. Aynur hələdə düşünürdü, 14-15 yaşlı balaca oğlanın bu hərəkəti ona təəccüblü gəlirdi. Bəlkə, heç Kənanın işi deyil bu?? Bunu dəqiqləşdirməli idi.
Bu dəfə internet kluba dərs üçün yox, məsələni aydınlaşdırmağa gəlir. Bir az internetdə oturduqdan sonra kassaya yaxınlaşır. Kassir yenə məzlum-məzlum Aynurun üzünə baxır. Borcu olmadığını bildirir.
Aynur: Məndən pul almamağınızı kim tapşırıb sizə?
Kassir: Heç kim.
Aynur: Mənə düzünü deyin, mən bilmək istəyirəm. Bunu Kənan deyib?
Kassir Aynurun bildiyini görüb etiraf etməyə məcbur oldu; - Hə Kənan deyib.
Aynur: Nə haqla belə şeyi istəyib sizdən?
Kassir: Bağışlayın, amma mən bilmirəm. O mənə tapşırdı ki, o qız bura gələndə pul alma, mən əmr quluyam. O mənim iş sahibimin oğludur. Dediyini eləməliyəm.
Aynur acıqla əlindəki pulu stolun üstünə atıb bayıra çıxır.
Evdə isə ayrı aləm vardı. Samirə bir tərəfdən Günel bir tərəfdən Aynuru əsəbləşdirirdilər. 
Samirə: İnternet klubunuza məni nə vaxt aparırsan??
Günel: Durdun durnanı gözündən vurdun. Balaca uşaqdakı eşqə baxeeee..)))
Aynur: Qızlar bəsdirində, belə şeyle zarafat eləməyin. Mən belə şeyləri xoşlamıram. O uşaqdı ağlı kəsmir, özünə görə jest eləməyə çalışır. 
O gündən Aynur o internet kluba getmədi. Kənanın bunu nə üçün etdiyi də ona müəmmalı qalmışdı. Çünki Kənan uşaq idi. Onu görəndə heç vaxt başını qaldırıb o gələn tərəfə baxmazdı. Bütün günü futbol oynayır, ordan bura, burdan ora tullana-tullana qaçırdı. Aynurun nəzərində şıltaq bir balaca idi Kənan. Nə ola bilərdiki başqa. 
Aynur üçün Emindən başqası yox idi. Lal məhəbbəti davam edirdi. Hər gün nəzərləri ilə Emini qarşılayır, yola salır, onu izləyirdi.
Deyəsən Emini şübhələndirməyə başlamışdı baxışlarıyla. Nə vaxt Eminə baxsa Emin də onun tərəfə baxırdı. Aynur isə tez üzünü döndərir. Qaş qabağını töküb keçirdi. Niyə belə etməyi özünədə bəlli deyildi. Bir haldaki Emini bəyənirdi, xoşuna gəlirdi niyə Emin ona baxanda belə eləyirdi. Bunu özüdə yəqinləşdirə bilmirdi....

 

P.S: Ardı var =) 




GECIKDIM (BOLUM 3)-BOLUM 2 ASAGIDA...


Axırda iş o yerə çatdı ki, evə küsülü gəldilər. Bax, Aynurun xasiyyəti bu idi. Ağır, sakit, artıq hərəkəti sevməyən. 100 ölçüb 1 biçən. Etdiyi hərəkətdən öncə onun nəticəsini göz önünə gətirən. İlahə 100 hoqqa ilə axır ki, Aynurla barışdı. Aynur artıq İlahənin bu xasiyyətini qəbul etməyə başlamışdı. Özü belədir deyə hamı onun kimi olamayacaqdı ki.. Məhlədə yenə qızğın futbol gedirdi. Qışqırıq - hay-küy ətrafa yayılmışdır. Aynur yenə Kənanı orda görüb qaş-qabağını tökdü. Futbolçular isə gələn qızları görüb daha doğrusu İlahəni görüb topu bir müddətlik unutdular. Kənan sakitcə durub başını aşağı dikmişdi. Aynur İlahənin qonaq gəlişi ilə əlaqədar 1 gündə olsa təkliyini unutdu. Dedilər-güldülər, yemək yedilər. Sonrada söhbət edə-edə yuxuya getdilər. Aynurun ürəyindən İlahə ilə bir evdə qalmaq keçirdi. Ən azından tanımadığı bilmədiyi insanlardan İlahə yaxşı idi. Sözləri-söhbətləri tuturdu. Amma İlahə ilə qalmaq mümkün deyildi. Çünki İlahə öz bibisigildə qalırdı. Onun başqa evə köçməsinə razılıq verməyəcəkdilər. Beləcə günlər bir-birini əvəz edirdi. Artıq oktyabr ayı idi. Dərs yükü ağırlaşmış Aynur dərsdən sonra kitabxanada olur, gününü oxumaqla keçirirdi. Emində demək olar ki, bütün günü kitabxanada olurdu. Həmişədə ətrafında qızlar. Emin onlara dərslərdə kömək edir, hansısa bir dərs və ya kitabın müzakirəsini aparırdılar. Aynur Eminə əlçatmaz bir insan kimi yanaşırdı. Amma buna baxmayaraq onun ətrafında bu qədər qızın olmasına qısqanırdı. İlahə yenə öz işində idi. Universitetin birinci kursunda oxuyan oğlan ilə danışmağa başlamışdı. Aynur nə qədər məsləhət versədə İlahə buna baxmamış, özündən 2 yaş kiçik (İlahə universitetə 1 il gec daxil olmuşdu) oğlanla münasibətini davam etdirirdi. Aynuru sevindirən xəbərlərdə vardı. Anası onunla qalması üçün 2 qız tapmışdı. Onlar bu həftə sonu evə köçəcəkdilər. Həftə sonunu böyük səbirsizliklə gözləyirdi. Hay-küy, qışqırıq, gülüş səsləri əskik olmayan küçədə də həyat eynən davam edirdi. Hər gün səhərdən axşama kimi futbol, futboldan sonra isə kart oyunları. Kənana olan incikliyi unutmağa başlamışdı. O boyda küçədə tək onun adını bilirdi. Kənan hər onu görəndə başını aşağı salıb dururdu. Aynur bunu peşmançılıq kimi qəbul edir. Ürəyində onun təqsirini bağışlayırdı. Beləcə həftə sonu gəldi. Aynur həyəcanla yeni gələcək otaq yoldaşlarını gözləməyə başladi. Əvvəlcə Samirəni atası gətirdi. Samirə orta boy, ağ bənizli, yaşılgöz bir qız idi. O Daha sonra isə hay-küylə ikinci qız Günel gəldi. Günel deyib gülən qıza oxşayırdı. İçəri girdiyi andan otağı onun gülüşü basmışdı. Valideynlər qızları evdə rahatlayıb çıxıb getdilər. 3 bir-birini tanımayan insan bundan belə ən az 1 il bu otağı, eyni həyatı paylaşacaqdılar. Samirə 2-ci kursda, Günel isə 3-cü kursda oxuyurdular. Tanışlıq maraqlı gedirdi. Günel ilk gündən bildirdi ki, yemək bişirə bilmir. Amma bütün qabları o yuya bilər. Beləcə Günelə qabyuyan ləqəbi qoyuldu. Zarafatlaşa-zarafatlaşa ortaq xoşladıqları, xoşlamadıqları şeyləri dəqiqləşdirdilər. Necə olsa artıq ailə sayılırdılar. Bir-birinə qarşı hörmətsizlik etmək olmazdı. Aynur ilk dəfə tanımadığı insanlarla yaşayacaqdı. Ona bir qədər maraqlı eyni dərəcədə həyəcanlı gəlirdi. Çünki artıq evdə ancaq onun istədiyi kimi yox üçünün qərarlaşdırdığı ortaq bəyəndikləri kimi şeylər olacaqdı. Birlikdə yeyəcək, birlikdə bazarlıq edəcək, hətta ev işlərini birlikdə həyata keçirəcəkdilər. İlk gündən hər şey yolunda getməyə başladı. Qızların xasiyyətləri çox yaxşı idi. Hər üçünün valideyni hər gün zəng edir, hal-əhval tuturdular. Açığı hər üçün valideyn övladlarının ərköyünlüyündən, nəyisə başqasına güzəştə gedə bilməyəcəyindən qorxurdular. Amma qorxuları əbəs idi. Həyat öz axarında davam edirdi. Aynur olduqca məmnun idi ev həyatından. Günləri adətən rəngarənglənmiş, maraqlı olmuşdu. Qızlarla sözü-söhbəti tuturdu. Deyib-gülür, birlikdə gəzməyə gedir, hətta birlikdə zibil atmağa belə qonşu məhləyə gedirdilər. Aynurla yaşamağa başlamamışdan öncə Günel öz xalasının evində, Samirə isə əmisigildə yaşamağa başlamışdı. Ev-evə sığmadığından, rahat dərs oxuya bilmədiklərindən qızlar başqa evə köçməyə məcbur olmuşdular. Aynurun dərsləri əla gedirdi. Mühazirədə əldə edə bilmədiyi materialları kitabxanadan bəzən isə internetdən götürürdü. Artıq imtahan hazırlıqları başlamışdı. İmtahan aralarından universitetin internet otağı fəaliyyət göstərmədiyinə görə Aynur yaşadığı küçədəki internet kafeyə getməyi planlaşdırdı. Bu ona daha əlverişli idi. Evdən 1 dəqiqəlik yol idi. Nə lazım olsa gedib tez internetdən tapır, imtahanlarına hazırlanırdı. Bir gün isə çox qəribə bir şey oldu.

 
P.S: Ardı var və çox maraqlıdı...



GECIKDIM (BOLUM 2)-BOLUM 1 ASAGIDA...


Küçəyə çıxmağı ilə başına nə isə dəydi. Yıxılmamaq üçün özünü güclə saxladı. Gülüş səsləri yüksəldi. Aynur acıqla başına dəyən topu oyunçulara tərəf atdı. Oyunçulardan biri:
- Kənan. Məhləyə yeni gələni əla salamladın” Deyib daha da bərkdən gülməyə başladı. Aynur çevrilib Kənan deyilən oğlana baxdı. Bu qara, boyu o qədərdə hündür olmayan şirin bir oğlan idi. Əyninə Ronaldonun köynəyini geyinmişdi. 14-15 yaşdan yuxarı yaş vermək olmazdı. Aynur əsəbini saxlaya bilməyib qışqırdı;
- Heç olmasa geyindiyin formadan utan futbolun üz qarası.
Sözünü deyib marketə getdi. Çörək alıb qayıtdıqda futbol hələ də davam edirdi. Amma Kənan orda deyildi. Aynur yeməyini yedikdən sonra, axşama qədər evdə səliqə səhman yaratdı. Karobkalarda olan paltarlarını, kitablarını, əşyalarını yerləşdirdi. Yeni qonşunu görmək üçün qapını açıb içəri boylanan həyətin 1 yaşdan tutmuş 90 yaşa qədər sakinlərini nəzərdə tutmasaq gün maraqsız keçdi. Dərs ilinin başlanğıcı olduğu üçün hazırlamalı, oxumalı bir dərsi yox idi. Yenə darıxdırıcı axşam başladı. Pəncərədən çölə baxmağa başladı. Yaşadığı küçədə 1 mərtəbəli, yan-yana kibrit çöpü kimi düzülmüş ümumi həyətlərdən ibarət idi. Belə ümumi həyətlərdən 1 küçə qapısından ən az 6-7 ailə çıxırdı. Qaldığı evlə üzbəüz küçədə 2 ev o tərəfdə həyət qapısının ağzına zəif küçə lampasının altında xeyli uşaq toplaşıb kart oynayırdılar. Hava qaraldığına görə küçə futboluna ara vermişdilər. Aynur Kənanı aralarında görüb deyinə-deyinə otağa qayıtdı. Artıq Kənandan tanımadan zəhləsi gedirdi. Əlinə versəydilər bəlkədə boğardı. 1 stəkan su içib radionun səsini azaldıb lirik musiqilərə qulaq asa-asa yuxuya getdi. İşin tərsliyindən yuxudada Kənanı gördü. Gecənin bir yarısı məhz Kənana görə yuxudan oyanması Kənana qarşı nifrətini birə beş artırmışdı Aynurun. Səhər saat 8-də evdən çıxdı, 9-un yarısı dərsləri başlayacaqdı. Küçə çox sakitlik idi. 1-2 dərsə, işə gedənlərdən başqa gözə kimsə dəymirdi. Universitetdə də həyat hər zaman olduğu kimi keçdi, yeni dərslər, yeni muəllimlər, tapşırıqlar. Və o... Yenə onu gördü. Qəlbi həyəcanla döyünməyə başladı. Xoşuna gələn oğlan - Emin 4-cü kursda oxuyurdu. Çox yaraşıqlı, universitetdə savadına, bacarığına görə tanınan tələbələrdən biri idi. Həmişə sadə geyinər, üzündən məsum təbəssümü əskik olmazdı. Bu xoşlanma dərs ili başlayan gündən olmuşdu. 1-ci kursda ikinci növbə olduğuna görə Emini görməmişdi. Amma ikinci kursda onlarda səhər növbəsinə keçmiş, yüksək kurs uşaqlarını görməyə başlamışdılar. Emini ilk gördüyü andan sanki ürəyində bir şeylər hiss etməyə başlamışdı. Qrupdakı uşaqlarda pis deyildi. Özünə yaxın hiss etdiyi tək insan isə İlahə idi. İlahədə rayondan oxumaq üçün gələn tələbələrdən idi. Olduqca gözəl, arıq hündür qız idi. İlk baxışdan diqqəti cəlb edirdi. İlahə geyinmək, bəzənmək, gəzmək həvəskarı idi. Əlində olan pula ancaq bahalı geyimlər alır, başqa bir şeyi düşünmürdü. Aynur isə valideynlərinin ona verdiyi pulu qənaətlə istifadə edir. Artıq bir xərcə yol vermirdi. İlahəni ona yaxın edən isə qızın çox səmimi, sadə, ürəyi açıq olması idi. İlahə hər bir sözünü Aynura deyirdi. Hətta tez bir sevgilisi olmasını istəyirdi. Aynur isə hər dəfəsində ona fikrini ancaq dərslərinə verməsini məsləhət görürdü. Əlbəttə İlahə öz işində idi. Xoşuna gələn birini gördükdə uzun kipriklərini süzdürüb baxardı. Buda oğlanların ona qarşı diqqətini daha da artırırdı. Aynur onun bu xasiyyətini bəyənmirdi. Di gəlki, qızın ürəyi təmizliyi, əla dost olmağı onu özündən uzaqlaşdırmağa imkan vermirdi. Aynur bu gün İlahəni dilə tutmuş, bu gecə onlarda qalması üçün razılıq almışdı. Dərs çıxışı birlikdə metroya mindilər. Təbii ki, yenə İlahəyə atılan sözlər, ona dikilən baxışlar Aynuru narahat etməyə başladı: -uf İlahə səninlə harasa getməyə uje tövbə edəcəm. Ay qız bir az qaş-qabağını tökdə. 
İlahə: - dəlisən, qaş-qabaq niyə tökürəm. Mənim hamının xoşuna gəlməyim məni xoşbəxt edir.
Aynur: - axı belə olmaz. Sənə dikilən baxışlardan heç narahat olmursan?
İlahə: - Aynur niyə narahat olumki, Mən Rayona qayıtmaq istəmirəm. Elə burda şəhərli biri ilə tanış olub evlənəcəm.
Aynur: - İlahə, bu düz düşüncə deyil, sən şəhərdə qalmaq istəyirsənsə bu o demək deyilki hamının üzünə gülməli, hamıyla tanış olub danışmalısan.
İlahə: - Aynur sən rahibə həyatını yaşa, mən dediyimin üstündə duracam.
Aynurla İlahə arasında həmişə bu mövzularda söhbətlər olur, hər biri öz fikrini doğru hesab edirdi. Evə çatana qədər Aynur ömründə eşitmədiyi komplimentləri, atmacaları eşitdi.
                                                             P.S: Ardı var və çox maraqlıdı...



GECİKDİM (BOLUM 1)

Bazar günü. Düşünmüşdü bu gün çox yatar. Necə də olsa üzərində 1 həftənin dərs, yeni evə köçmə yorğunluğu daşıyırdı. Amma küçədən gələn qışqırıq, gülüş səsləri deyəsən bu həvəsini yoxa çıxardı. Ha çalışdı daha gözünə yuxu getmədi. Acıqlı-acıqlı durub pəncərədən çölə baxdı. Yeni məhlənin tanımadığı uşaqları futbol oynayırdılar. Bir xeyli acıqla onlara baxdıqdan sonra deyinə-deyinə pəncərədən aralandı. Radionun səsini qaldırdı. Xilaskar adı verdiyi radio tam 1 ildi ona qulaq yoldaşı idi. Radio gecə-gündüz işləyirdi. Söndürmürdü.. Radionun səsi kəsiləndə ürəyinə təklik xofu düşürdü. Qərara gəlmişdi, artıq tək qalmaq istəmirdi. Mütləq valideynləri ilə danışacaq, otaq yoldaşı axtarmağa başlayacaqdı. Tək yaşadığı 1 il ona bəs eləmişdi. 1 ildə yüzlərlə kitab oxumuş, öz-özünə danışmağı öyrənmiş, tək yemək yediyi üçün yemək bişirməyə həvəsi olmamış 1000-lərlə yumurta yemişdi =)) Ən əsasıda dərsdən sonrakı saatlar adətən işgəncə idi. Düzdür, anası hər ayda 2-3 dəfə yanına gəlir,1-2 gün qalıb rayona qayıdırdı. Bu da heç cür təkliyini aradan götürə bilmirdi. Bu arada telefon səsləndi. Anası idi:

- Salam qızım, necəsən?
- Salam ana, yaxşıyam.

- Təzə evdə necə keçdi birinci günün?

- Belədə, ana mən tək qalmaq istəmirəm, maraqlan gör kim ev axtarır tələbələr üçün?

- Qızım əminsən, tanımadığın, bilmədiyin insanlarla yaşaya biləcəksən? 
- Hə ana, maraqlan. Artıq ürəyim partlayır tək yaşamaq istəmirəm.

- Yaxşı qızım, mən bu gün maraqlanaram. 
Telefon danışığı bitdi. Ürəyinə bir yüngüllük hiss elədi. Anasının bu işi həll edəcəyindən əmin idi. Qaldığı yer bir mərtəbəli evlərdən ibarət ümumi həyətdə idi. Bir mərtəbəli olan bu ev çox rahat idi. Təmiri köhnə olsada tələbə üçün hər bir şəraiti, hətta iri güzgülü hamamxanası vardı. Küçəyə geniş bir pəncərəsi vardı. Evi tutarkən onu ən çox bu pəncərə sevindirmişdi. Otağı yaxşı işıqlandırmaqla yanaşı, darıxdığı zaman küçəyə baxa biləcəkdi. Əvvəl qaldığı evdə yaxşı idi. Özünə qalsa ordan köçməzdi. Amma ev sahibinin evi satması, məcburi yeni ev axtarmalarına səbəb olmuşdu. Çox axtardıqdan sonra köhnə qaldığı evə yaxın küçədə bu evi tapmışdılar. Hələki hər şey yaxşı idi. Bircə bu tək yaşamaq problemini həll etsəydi, lap əla olacaqdı hər şey. - “Aynur, Aynur” çöl qapısını döyürdülər. Aynur ev sahibəsi Validə xalanın səsini eşidib qapını açdı. Validə xala Aynur tək qaldığı üçün xəbər tutmağa gəlmişdi. Bir xeyli söhbətdən sonra ev sahibəsi nəsihət verməyinidə unutmadı:
– Qızım, biz səni tanımadan evimizi sənə əmanət edirik, agıllı, mərifətli yaşa, səndə bizim bir qızımız. Əvvəlki kirayəşinlərdən sonra and içmişdim evi qıza verməyəcəkdim, amma sizə nədənsə inandım (Əvvəlki kirayəşin olan qız gecə evə sevgilisi salmış, ev sahibi bunları tutmuşdu, qalmaqaldan sonra həmin qızı qovmuşdular). Mən demirəm, istədiyin, danışdığın olmasın. Amma hər şey həddində, cavan qızsan əlbəttə sevdiyin olacaq, amma sadəcə sevdiyin. Başqa bir hərəkət olmasın. Validə xalanın nəsihətləri onsuzda ona aid deyildi.. Aynur belə şeylərdən uzaq idi.Tək istəyi oxumaq, təhsil alıb valideynlərinin əməyini qiymətləndirmək idi. Düzdür xoşuna gələn biri vardı, amma bu heçdə o demək deyildiki həmin oğlanla sevgili olacaq, gəzəcək dolaşacaq və ya adına söz gətirəcək bir şey edəcəkdi. Bu sadəcə səssiz-səmirsiz, qarşılıqsız xoşlanma idi. Sadəcə ürəyində onu bəyənir, xoşu gəlirdi. Amma bu sadəcə ürəkdə idi və elədə qalacaqdı. Bunu kiməsə demək, açığa çıxarmağı ağlına belə gətirmirdi. Buna baxmayaraq, ev sahibini arxayın etdi. Aynur 18yaşında rayondan Bakıya oxumaq üçün gələn tələbə idi. Yaxşı universitetlərin birində istədiyi fakültədə təhsil alırdı. Artıq 2-ci kursda idi. Ev sahibi gedəndən sonra acdığını hiss etdi. Evdə çörək yox idi. Marketə getməli idi. Həyətə, ordanda küçəyə çıxdı.

 
P.S: Ardı var və çox maraqlıdı... 



SİLMƏK İSTƏYİRƏM,SİLƏ BİLMİRƏM


Həyatım keşməkeş,taleyim kədər

Dərd çəkmək alnıma yazılıb məgər?
İnsanda dərd olar ALLAH bu qədər?
Ölmək istıyirım ölə bilmirəm
s
Dərddi ki,bir yandan ürəyə dolur
Ürəyim tab etmir ruhumda solur
Bu günüm dünənnən daha pis olur
Gülmək istəyirəm gülə bilmirəm
s
Məndə istəyirəm ürəkdən gülüm
Hər gün bu sözləri söylüyür dilim
Ən böyük arzumdur keçmişi silim
Silmək istəyirəm silə bilmirəm
s
Cavabı vardısa deyin men bilim