EN SON XEBERLER

Qorunmayan keçidlər bağlanacaq

Regional TV-yə istinadən xəbər verir ki, rayon ərazisində 3 belə məntəqə var  ki, onlar barəsində müvafiq dövlət orqanlarına məlumat verilib. Bunlar Çarxı-Xaçmaz mənzili 2497 –ci km, Xaçmaz –Qusarçay 2492 və Çarxı –Sarvan mənzili 2468 –ci km də yerləşən qorunmayan keçidlərdir. Xaçmaz Dəmiryol stansiyasının rəsi Xankişi Zeynalov bildirir ki, adıçəkilən yerlərdəki keçidlər bağlanması alternativ yolların yaradılmasından sonra mümkün ola bilər. Çünki indiki halda həmin keçidlərindən istifadə edən insaların sayı çoxdur.

Təhlükəli dəmiryolu keçidlərinin bağlanması sürücülər tərəfindən birmənalı qarşılanmır. Onların bəzilər bu işin nəqliyyatın hərəkətinə mane olacağını bildirir. Bəzi avtomobil sahibləri prosesin alternativ yolların istifadəyə verilməsindən sonra aparılmasını düzgün addım hesab edir.

Hazırda Azərbaycandakı dəmir yollarında 364-dən artıq keçid var.
Bunların 318-i qorunmayan, 46-sı isə qorunan keçiddir. Son vaxtlar baş verən qəzalarla əlaqədar olaraq Nəqliyyat Nazirliyinin tapşırığı əsasında bütün keçidlər analiz olunub. Artıq ölkə ərazisində 40-dan çox keçid bağlanıb.

Нет комментариев

Добавить комментарий