EN SON XEBERLER

Bakı Metropolitenində qatar idarəetməni itirib, sərnişinlər təcili evakuasiya olunublar

 

12:44

Sərnişinlərin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında qatarda olan bütün sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub. Sərnişinlər qatarları tərk etdikdən sonra dərhal metrodan evakuasiya ediliblər. Sərnişinlərə evakuasiyanın səbəbi açıqlanmayıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov APA-ya açıqlamasında metroda yaşanmış problemi təsdiqləyib. O, qeyd edib ki, metronun “İçərişəhər” stansiyasında hərəkətdə olan qatar idarəetməni itirib: “Bu səbəbdən sərnişinlər həmin qatardan boşaldılıblar. Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib”.
                                                                 

Нет комментариев

Добавить комментарий