EN SON XEBERLER

Bakıda səhvən küçəni bağlayıblar?

"Dünən Bayıl qəsəbəsindəki Xanlar küçəsindən Dağüstü parka keçmək istəyirdim. Bu yolu adətən alternativ yol kimi təqdim edirlər. Lakin həmin yol da bağlı idi. Xoşbəxtlikdən, iş günü deyildi və avtomobili geriyə döndərib sürə bildim. Heç bir xəbərdarlıq nişanı yox idi. Sizdən xahiş edirəm ki, yolun bağlanmasının və orada niyə xəbərdarlıq nişanlarının qoyulmamasının səbəblərini aydınlaşdırasınız". 

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. 

İdarədən bildiriblər ki, hazırda yol açıqdır. Torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar Badamdar qəsəbəsindən 20-ci Sahəyə gedən yol bağlanıb. Həmin yolun nə vaxt açılacağı bilinmir. 
 
Səbail Rayon İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov isə deyib ki, Badamdar yamacında sürüşmə baş verib. Bu ərazidə yaşayış binası olmadığına görə xəsarət alan da olmayıb. 

"Hazırda mütəxəssislər Badamdar yamacının tədqiqatı ilə məşğuldurlar. Yolun nə vaxt açılacağı barədə məlumatım yoxdur", - o qeyd edib.  

Нет комментариев

Добавить комментарий