EN SON XEBERLER

Bakıda qızlarla küçədə tanış olmaq istəyənlərə dərs olacaq cinayət

27 yaşlı Daşqın Qarayev sevdiyi qızın həsrəti ilə alışıb-yandığı bir vaxtda, qız onun görüşünə tək gəlməyib. Dünən Nəsimi rayonu ərazisində, 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verən bu mənzərə isə qanlı hadisənin baş verməsini qaçılmaz edib. D.Qarayev cibindəki bıçağı çıxararaq qızın yanındakı Orxan Kərimovun qarnına soxub. 
“İstədiyim qızı gözləyirdim. Bir azdan sonra qız avtobusdan düşüb mənə tərəf gəldi, bir də gördüm ki, yanında bir oğlan ona nəsə deyir. Deyəsən, telefon nömrəsi verirdi”. Bu sözləri hadisədən az sonra Nəsimi Rayon Polis İdarəsində (RPİ) verdiyi ifadəsində Daşqın Qarayev deyib. 
İdarədən Milli.Az-a verilən məlumata görə, D.Qarayev sevdiyi qızı gözləyən zaman gördüyü hadisənin onu özündən çıxardığını deyıb. Avtobusda bir oğlan dayanmadan qıza baxıb, sonra isə qız 3-cü mikrorayon dairəsində düşəndə həmin oğlan da avtobusdan düşərək qıza yaxınlaşıb. Qızdan əl çəkməyən oğlan mobil telefon nömrəsini qıza vermək istəyib. Bundan sonra da bıçaqlanma baş verib. 
D.Qarayev tutularaq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib. Yaralı isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı istintaq aparılır. 

Нет комментариев

Добавить комментарий