EN SON XEBERLER

Azərbaycan yolunda dəhşət: maşınlar toqquşdu, ölən və yaralananlar var

14:24

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 11:00 radələrində Muğanlı-İsmayıllı yolunun 36-cı kilometrliyində, İsmayıllının Diyallı kəndi ərazisində qeydə alınıb.

Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Quliyev Faiq Xumuş oğlunun idarə etdiyi 55-BH-284 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini 1951-ci il təvəllüdlü Musayev Bəxtiyar Mərdan oğluna məxsus 90-NL-593 dövlət nömrə nişanlı “Chevrolite Aveo” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomoblin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. “VAZ 2107”nin sürücüsü Faiq Quliyev aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

---------
12:37

Trend-in məlumatına görə, magistralın Təzəkənd kəndi ərazisində "VAZ 2107" markalı avtomobillə "Chevrolet Aveo" markalı avtomobil toqquşub.

Hadisə yerində olan şahidlər Trend-ə bildiriblər ki, qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü həlak olub.

Нет комментариев

Добавить комментарий