EN SON XEBERLER

Azərbaycanda ağır yol qəzası: ölən və yaralanan var

Regional TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:15 radələrində Qarabulaq kəndində qeydə alınıb. 

24 yaşlı Etibar Sabir oğlu Qəniyevin idarə etdiyi “Moskviç” markalı maşınla 28 yaşlı Əhəd Hacıdədə oğlu Allahverdiyevin idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Nəticədə “Moskviç” markalı maşında olan sərnişin, 23 yaşlı Anar Azər oğlu Hacıyev ölüb. 

Hər iki maşının sürücüsü və “Niva”da olan sərnişin, 21 yaşlı Natiq Ağayev ağır yaralanıblar. Hər 3 yaralı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

----------
14:12

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşlara məxsus "Moskviç" markalı minik avtomobili ilə "Niva" markalı minik avtomobili toqquşub.

Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

"Moskviç" markalı minik avtomobilində olan sərnişinin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

VIDEONU IZLEMEK UCUN KLIKLEYIN.

 


Böyütmək üçün şəkillərə klikləyin.





Нет комментариев

Добавить комментарий