EN SON XEBERLER

Azərbaycan kənd yolları abadlaşdırılır

Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə kənd yollarının abadlaşdırılması işi tam qüvvəsi ilə gedir.

Şəki şəhəri daxil olmaqla Şəkinin kəndlərinin yollarında da təmir bərpa işləri davam edir. Şəhərdən kənarda geniş şəkildə aparılan bərpa-tikinti işlərinə böyük qüvvə səfərbər edilib. Belə ki, Şəkinin uzunluğu 15 kilometr olan Aşağı Küngüt-Aydınbulaq kəndləri
arasındakı yolda torpaq bərkitmə işləri aparılır. Daha sonra isə həmin yola cari olaraq asfalt örtüyü döşənəcək.

Yollarının yenidən salınması kənd sakinləri arasında da böyük sevincə səbəb olub. Bütün bu işlərin görülməsi üçün əraziyə 30-dan çox işçi heyyəti və 10-a qədər texnika cəlb edilib. İşlər Şəki şəhər 15 saylı yol istismar idarəsi tərəfindən aparılır. İşlərin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində tamamlanması nəzərdə tutulur.

Xatırladaq ki, Prezidentin sərəncamı ilə 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdı.

Нет комментариев

Добавить комментарий