EN SON XEBERLER

Bakı bulvarı sakinlərə sürpriz hazırlayıb

Hər il olduğu kimi, bu il də Yeni ildə Bakı bulvarında şəhər sakinlərinin, qonaqların, xüsusilə uşaqların əylənməsi üçün bütün şərait yaradılacaq. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun Anspress-ə verdiyi məlumata görə, bu il Milli parkın ərazisində ən azı 10 ədəd Yeni il Yolkasının quraşdırılması nəzərdə tutulur.

Onun ən böyüyü Kukla Teatrının arxasındakı meydanda olacaq. Hər yolkanın yanında bir şaxta baba və qar qız dayanacaq. Yolkaların qurulmasına dekabrın 10-15 tarixlərində olacaq.

Monitorlarda isə daima Yeni il şənlikləri ilə bağlı proqramlar, uşaqlar üçün filmlər, kliplər nümayiş etdiriləcək.

Təəssüf ki, bu il bakılılar bulvar ərazisində buz meydançasında sürüşə bilməyəcəklər. Çünki buz meydançası olmayacaq: 

“Vaxtilə buz meydançası olan yerdə Venesiya su şəhərciyinin təmiri ilə bağlı şərait var idi. Amma hazırda Venesiya təmir edilib və ora başqa bir formada abadlaşıb. Hələlik meydança üçün münasib yerimiz yoxdur”.

Bulvar rəsmisi bu işin həm də əlverişli olmadığını deyir. Onun sözlərinə görə, ötən il buz meydançasını heç 1 gün belə işlətmək mümkün olmayıb. “Bundan əlavə, bu meydançanı işlətmək üçün havanın temperaturu müntəzəm olaraq 10 dərəcədən aşağı olmalıdır. Bizdə isə bir gün temperatur düşsə də, sonradan qızmağa başlayır. Bizdə açıq tipli buz meydançası olduğu üçün bu əlverişli deyil”.

Artıq qışın gəlişi ilə bağlı Bulvar ərazisində müəyyən işlər də görülməyə başlanılıb. N.Məcidov şaxtanın mənfi təsir edə biləcəyi ağacların üzərinin örtülməsinə başlandığını deyib. Məsələn, baobab, kaktus, dekorativ ağaclar hələlik bizim iqlimə tam öyrəşməyiblər. Artıq kaktuslar tamam bağlanılıb, baobablar üzərində isə iş bu günlərdə bitəcək. Nadir palma ağacların başları üçün xüsusi papaq hazırlanıb. Çünki mütəxəssislər onları adətən başından şaxta vurduğunu deyirlər.

 

Böyütmək üçün şəkillərə klikləyin.











Нет комментариев

Добавить комментарий