EN SON XEBERLER

Bakıda tanınmış prodüserə silahlı hücum edildi

12:42

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən http://tekheyat.nethouse.ru/-a bildirildi ki, hadisə ilə bağlı təhqiqat araşdırması aparılır. Hər iki tərəfin bir-birinə qarşı uzun sürən münaqişələri olub və hazırda məhkəmə çəkişmələri var. Ola bilsin ki, hər iki tərəf bir-birinə şər atır. Bu ehtimal nəzərə alaraq, heç kim saxlanılmayıb.

----------
12:12

Bakıda qadına qarşı edilmiş hücumla bağlı təfərrüatlar əldə etdik. http://tekheyat.nethouse.ru/-ın əldə etdiyi məlumata görə, Bakıda hücuma məruz qalan Təranə Səmədova müğənni Rəqsanənin keçmiş, Günay İbrahimlinin isə indiki prodüseridir. 
T.Səmədova başına gələnləri http://tekheyat.nethouse.ru/-a danışdı. O bildirdi ki, dünən saat 22 radələrində maşınını restoranlardan birinin qarşısında saxlayaraq marketə  girib. Oradan çıxan zaman tanışı Raziyə və onun qızı Lalə Nəsibovalarla rastlaşıb. 
Onlar Təranəni söhbət etmək üçün yolun kənarındakı qaranlığa çəkiblər. Raziyə ona: “Sən gələcəyini fikirləş, mənimlə kəllə-kəlləyə gəlmə”, - deyərək üstünə hücum çəkib. Bundan istifadə edən qızı Lalə isə bıçaq çıxararaq onu vurub. Geri çəkildiyindən bıçaq kürkünü deşsə də, bədəninə xəsarət yetirməyib. Bundan sonra Lalə onun əlindən içərisində 120 manat və qızıl üzük olan pul kisəsini alaraq qaçıb. 
T.Səmədova qeyd etdi ki, özünə gələndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib. 
Prodüser əlavə etdi ki, Raziyə və Lalə polis bölməsinə gətiriliblər. 
---------
10:50

Nəsimi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1984-cü il təvəllüdlü Təranə Səmədova polisə müraciət edərək bildirib ki, "Qızıltac" restoranının qarşısında Raziyə Nəsibova və qızı Lalə Nəsibova onun qarşısını kəsib və üstünə bıçaq çəkərək içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını əlindən alıb qaçıblar.

Şikayət ərizəsi ilə bağlı polisdə araşdırma başlayıb.

 

Böyütmək üçün şəkillərə klikləyin.





Нет комментариев

Добавить комментарий