EN SON XEBERLER

Baş nazir "Muhteşem yüzyıl"ı topa tutdu

CNNTürk-ə istinadən bildirir ki, Kütahyada Zafer hava limanının açılış mərasiminə qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan öncə sülh mesajları verib: 

"Biz hər zaman sülh tərəfdarı olmuşuq. Problemlərin dialoq yolu ilə çözülməsini istəmişik. Ancaq ölkəmizin təhlükəsizliyinə təhdid olarsa, lazımi tədbiri görməkdən də çəkinmərik".

Sonra isə baş nazir türk tarixinə və onun təhrif olunmasına münasibətini bildirib.  

"7 milyardlıq bir dünyada yaşayırıq. Vəzifəmizi çox gözəl bilirik. Əcdadımızın at belində getdiyi hər yerə biz də gedərik, hər yerlə biz də maraqlanarıq. Amma hamı, belə zənn edirəm ki, əcdadımızı "Muhteşem yüzyıl" sənədli filmində göstərilən kimi tanıyır. Bizim elə bir əcdadımız yoxdur. O cür Qanuni, o cür Sultan Süleyman tanımırıq! Qanuni həyatının son 30 ilini at belində keçirib. O seyr etdiyiniz serialdakı kimi saraylarda olmayıb. Bunu yaxşıca bilməyiniz gərəkdir. Mən o serialların rejissorlarını da, o telekanalların rəhbərlərini də millətin önündə qınayıram. İlgili adamları xəbərdar etmişik, məhkəmənin də lazımi qərarı verməsini gözləyirik", - deyə baş nazir bildirib. 

Нет комментариев

Добавить комментарий