EN SON XEBERLER

Tikiş fabrikində dəhşət: 121 ölü

Banqladeşin paytaxtı Dəkkə yaxınlığında yerləşən tikiş fabrikində yanğın olub. Anspress-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 121 nəfər həlak olub. Lakin ölənlərin sayının artacağı istisna edilmir. Hələlik yanğının baş vermə səbəbləri məlum deyil.

Məlumata görə, yanğın doqquzmərtəbəli tikiş fabrikinin 1-ci mərtəbəsində baş verib. Alov tez bir zamanda bütün binaya yayılıb, insanlar canlarını qurtarmaq üçün hətta özlərini pəncərədən atıblar. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu 5 saat ərzində ancaq söndürə bilib.

Polis isə bildirib ki, həlak olanların çoxu yanğından deyil, hündürlükdən özlərini atdıqlarına görə ölüb.

Нет комментариев

Добавить комментарий