EN SON XEBERLER

Qab yumaq insanı iflic edir?

Rusiya mətbuatına istinadən xəbər verir ki, evin ən çirkli yeri çoxumuzun düşündüyü kimi ayaqyolu deyil, mətbəxdir. Ən çox bakteriya məhz qab yumaq üçün süngərdə olur. Bu süngərdəki bakteriyaların sayı ayaqyolu unitazının oturacağındakı bakteriyalardan 200 min dəfə çoxdur. Bunların əksər hissəsi zərərli bakteriyalardır. Bu cür süngərlərin üzərində olan bakteriyalar insanı iflic etmək qabiliyyətinə malikdir. 

Arizona universitetinin alimlərinin araşdırmaları nəticəsində məlum olub ki, süngərin 0,5 kvadrat santimetrlik hissəsində 10 milyon ədəd bakteriya var. Sən demə, ayaqyolundakı unitaz mikro orqanizmlərin sayı baxımından evin ən təmiz yeridir. Qab yumaq üçün süngər, mətbəx dəsmalı, çox istifadə olunan plastik qablar bakteriyaların aktiv olduğu əşyalardır. 

Нет комментариев

Добавить комментарий