EN SON XEBERLER

21 dekabr 2012: dünyanın sonu, adi gün, yoxsa yeni başlanğıc? - ARAŞDIRMA

 alimlərin bir qismi qədim mayyaların Haab təqvimində dünyanın sonunun göstərilmədiyini, sadəcə, kainatda yeni dövrün başlanacağından bəhs olunduğunu vurğulayır.
Digər qisim isə əksinə, mayya təqvimində dekabrın 21-də Yer planetində ciddi dəyişikliklər ola biləcəyini istisna etmir.

Qvatemaladakı El Zos adlı qədim şəhərin xarabalıqlarındakı Diablo piramidasındakı Günəş tanrısının daş rəsmlərinin tapılması mübahisələri daha da qızışdırıb.
Günəş tanrısının təsviri qədim mayyaların dilində iki cümlə ilə müşayiət olunur. 
Daş oyma və relyef qazma formasında olan təsvirdə yazılıb: "Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Sondan sonra isə yeni başlanğıc olacaq. O dövrün vaxtını da biz demişik".

Qədim mayyaların inanclarında 5-ci Günəş çağının sonunu göstərən 144000 günlük Haab təqvimi 2012-ci ilin dekabrın 21-də başa çatır.
Həmin tarix 394,26 ilə bölünmüş təqvimin sonu, 13-cü dönəminin sonudur.
Qədim mayyalar inanırdılar ki, bu minvalla Yerdə həyatın yeni dövrü, 6-cı Günəş çağı başlanacaq.

6-cı Günəş çağının əvvəli deyərkən bir çoxları bunu dünyanın sonu kimi qəbul edirdilər.
Belələri indi də az deyil.

ABŞ-dakı Harvard Universitetinin alimlərinin dediklərinə görə, səbəb Marduk planetidir. Kütləvi informasiya vasitələrində "Nibiru ulduzu" kimi təqdim olunan planeti 1983-cü ildə İRAS kosmik teleskopu vasitəsilə kəşf olunub.

Marduk 2012-ci ilin dekabrın 21-də Mars və Yupiter planetlərinin arasına girəcək. Ağırlıq və cazibə qüvvələrinin səbəb olacağı dəyişikliyin Yer planetində nəhəng, dağıdıcı zəlzələlərə, sunami və fırtınalara səbəb olacağı vurğulanır.

Amerikalı alimlərin fikrincə, belə təsəvvürlərin yayılması və populyarlaşmasının bir başqa səbəbi qədim astroloji proqnozlara görə, Yer planetinin Balıqlar dövründən Dolça çağına keçəcəyi, Günəş sistemində planetlərin hərəkət orbitlərində korrelyasiyaların yaranması ilə bağlıdır.

"Qədim astroloqlar, habelə ərəb astronomların əsərlərində göstərilir ki, 2012-ci ilin dekabrın 21-i dünyanın sonu yox, bəşəriyyətin yeni dövrə qədəm qoyacağı gündür. Həmin dövrdə insanların sürətlə inkişafı, dövlətlərin möhkəmlənməsi və rifah halının artımı başlanacaq. Göründüyü kimi, dekabrın 21-i adi gündür və başqa günlərdən heç nə ilə fərqlənmir. Yeganə fərq müxtəlif təsəvvürlər, proqnozlar, xurafat və təxminlərin milyonlarla insanda narahatlıq yaratmasıdır", - tanınmış astronom, professorLiliam Donahyu The Telegraph-a bildirib.

Stenford Universitetinin alimləri isə bildirirlər ki, 2012-ci ilin dekabrın 21-nin dünyanın sonu olacağı ilə bağlı təsəvvürlər və inancların formalaşmasında sadəcə, mayya təqvimi "günahkar" deyil.

"Mayyaları və onların təqvimlərini suçlamaq yanlışlıq olardı. Əsas günahkar Nibiru adlandırılan Marduk planeti ilə bağlı yayılmış yanlış təsəvvürlərdir. Kütləvi informasiya vasitələrində də şişirdilmiş, təşviş dolu informasiyaların kökündə "Nibiru" adlanan Marduk planeti barədə informasiyalar durur. Əslində, Nibiru planet yox, ulduz topası, qaz formasında olan Mardukdur. Bu topa həddən artıq sıx olduğundan onu qismən planet kimi qəbul edirik", - professor Cincel Eliott vurğulayıb.

Onun sözlərinə görə, Mardukla bağlı yazılar qədimlərdə də vardı. Məsələn, Meksikadakı qədim Tortuquero şəhərinin qalıqlarındakı bir piramidada eramızdan əvvəl 669-cu ilə şamil olunan daş kitabə var. Kitabədə 2012-ci ilin dekabrın 12-də dünyada yeni dövrün başlanacağı və "Səmadan tanrının enəcəyi" yazılıb.

Almaniyadakı Berlin Universitetinin alimləri isə hesab edirlər ki, mayya təqvimində dekabrın 21-nin dünyanın sonu kimi göstərilməsi barədə deyilənlər və səslənən iddialar fiksiyadır, yalandır.

"Bütün bunları səbəbi Qvatemaladakı qədim şəhərin xarabalığında tapılmış daş yazıdır. O yazı özünü "13-cü dövrün hökmdarı" adlandıran hökmdara aiddir. Hökmdar özünü 2012-ci ilin dekabrın 21-də yenidən doğulacaq adam, yeni dövrün elçisi adlandırır və təəbələrini qorxudaraq onları itaətdə saxlamaq üçün özünü "Yeni dövrün elçisi, səmadan enəcək tanrı" kimi qələmə verir. Məhz həmin yazı tapılıb oxunandan sonra "dekabrın 21-i dünyanın sonu olacaq" təki iddialar gündəmə gəldi. Halbuki, qədim mayyalar həmin gün "çox önəmli tanrının yerə enəcəyini" iddia edirdilər. Marduk və ya Nibiru planetinə gəldikdə isə, o, adi səma cismidir və heç bir halda Yerdəki proseslərə təsir edə bilməz", - professor Günter Pfels bəyan edib.

ABŞ-dakı Kanzas Universitetinin professoru, qədim mayya tarixi üzrə tanınmış ekspert Con Hups isə hesab edir ki, mayyaların təqviminə görə, 2012-ci ilin dekabrın 21-də dünyanın sonu olacağı ilə bağlı iddiaların kökü xristianlıqdadır.

"Qədim mayyaların Haab təqvimi ayin, ritual məzmunlu idi. Mayyaların özləri isə real həyatda bir neçə təqvimdən istifadə edirdilər. Həmin təqvimlər dini ayinlər, kənd təsərrüfatı, adi yaşam, hesablamalar və s. kimi müxtəlif məqsədlərə xidmət edirdi. Bu yaxınlarda qədim Xultun şəhərinin xarabalıqlarında daha üç təqvimə dəlalət edən kitabələr və daş oymaları aşkarlamışıq. Ona görə də "Mayyalar belə deyib!" tipli açıqlamaları absurd sayıram. Həmin iddialarının hamısının kökü xristianlıqdakı məşhər, yəni Apokalipsis təsəvvürlərindən qaynaqlanır. Başqa səmavi dinlərin heç birində, habelə buddizmdə "dünyanın sonu" anlayışı yoxdur. Ümumiyyətlə, bütün səmavi dinlər insanın dünyanın sonu barədə məlumata malik olmadığını vurğulayırlar. Bu günü heç peyğəmbərlər də bilməyiblər və bilə də bilməzdilər", - Hums söyləyib.

Dünyanın sonu ilə bağlı ehtimallar və iddialar bir qədər absurd, hətta gülünc təsir bağışlasa da, qədim mayyaların Haab təqviminə inananlar az deyil.

Həqiqətin əyan olacağı günə isə çox qalmayıb.
O gün nə olacaq - dünyanın sonu, adi gün, yoxsa yeni başlanğıc?

Sadəcə, günlərdən biri. 
Həyat davam edəcək...

Нет комментариев

Добавить комментарий