EN SON XEBERLER

Təmiz qızıldan yolka hazırlandı

Yaponiyanın paytaxtı Tokioda “Qızıl yolka” ictimaiyyətə təqdim edilib. Təmiz qızıldan hazırlanmış Yeni il ağacının dəyəri 4,3 milyon dollardır. 

Anspress istinadən xəbər verir ki, yolkanın hündürlüyü 2,4 metrdir. Yeni il ağacı Disney cizgi filmləri qəhrəmanlarının oyuncaqları ilə bəzədilib. 

Mikki Maus, Qufi, Vinni pux kimi qəhrəmanların 50 ədəd oyuncağını hazırlamaq üçün 10 zərgər 2 ay vaxt sərf etməli olub.

Qeyd edək ki, “Qızıl yolka” Tokioda dekabrın 25-dək nümayiş olunacaq.

Нет комментариев

Добавить комментарий