EN SON XEBERLER

Şabranda ev partladı, ana və iki uşağı yaralandı

bu gün səhər 7 radələrində Şabran şəhəri M.Ə.Sabir küçəsində birmərtəbəli yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində tikili dağılıb və evdə yaşayan Zemfira Rüstəmova, onun övladları Mehriban və Aqşin ciddi xəsarət alıblar.

Şabran MRX-nın cərrahiyyə şöbəsindən aldığımız məlumata görə, Zemfira Rüstəmovanın vəziyyəti kritikdir, həkimlər onu həyatda saxlamaq uğrunda mübarizə aparırlar.

Partlayışın təsirindən qonşuluqda olan iki evə də ciddi ziyan dəyib.

Hadisə yerinə FHN-in, Şabran Qaz İstismar Sahəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Qonşularının verdikləri məlumata görə, qaz sızması Zemfira Rüstəmovanın yaşadığı evin altından keçən qaz borusundan mənzilə qaz dolması nəticəsində baş verib. Amma dəqiq səbəb ekspertlərin araşdırmalarından sonra məlum olacaq.

----------
10:36

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya aparılıblar. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Нет комментариев

Добавить комментарий