EN SON XEBERLER

Bakı metrosunda məktəbli dəhşət yaşatdı

Bu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, metronun Həzi Aslanov stansiyasında 11-12 yaşlı oğlan platformadan relslərin üstünə yıxılıb. Dərhal yaxınlıqdakı insanlar yeniyetmə oğlanı yaxınlaşmaqda olan qatarın altında qalmaqdan xilas ediblər.

Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə zamanı yeniyetmə oğlan, xoşbəxtlikdən, ciddi xəsarət almayıb. Yüngül xəsarətlər alan oğlan stansiyadakı tibb məntəqəsinə aparılıb və oğlana yardım göstərilib. Həmçinin o da bildirilib ki, relsin üstünə yıxılmış oğlan yuxulu olub və dərsə gedirmiş.

Нет комментариев

Добавить комментарий