EN SON XEBERLER

Xəzər dənizində köməksiz qalmış balıqçılar xilas ediliblər

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə,  qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıblar. 

Müraciət daxil olan kimi Aviasiya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub, balıqçılardan üçü - 1974-cü il təvəllüdlüSalahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlunu xilas ediliblər. 


Fövqəladə Hallar Nazirliyinin və Dövlət Dəniz Adminstrasiyasının birgə həyata keçirdiyi əməliyyat nəticəsində 1959-cu il təvəllüdlüƏliyev Əlibəy İsabala oğlu “Cəlil Məmmədquluzadə” adına tankerlə xilas edilib.

Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistanın müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb. Keçirilən əməliyyatlarda Türkmənistanın müvafiq qurumları, o cümlədən, helikopter və katerləri iştirak edib.

Нет комментариев

Добавить комментарий