EN SON XEBERLER

Bakıda avtobus futbol meydanına girdi, yaralılar var

3 saylı Şəhər Kliniki Xəstəxanasından Day.Az-a bildiriblər ki, oraya Heydər Əliyev prospektində baş vermiş qəzada xəsarət almış 5 nəfər gətirilib. 

Xəsarət alanlar bunlardır:

1. Mustafayeva Nazilə (32 yaş)

2. Qocaverdiyeva  Hicran (32 yaş) 

3. Qocaverdiyev Tapdıq (38 yaş)

4. Qəhrəmanov Azər (36 yaş) 
 
5.  Ustivari Orxan (36 yaş) 

---------
13:13

Yol-hərəkəti üzrə inspektor, polis kapitanı Müştəba Həmidovun Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, sərnişin avtobusu idarəetməni itirərək öncə "Qazel" markalı avtomobili vurub. Sonra işıqforu qıraraq "Şəfa" stadionunun qarşısında dayanan "Toyota Prado" markalı avtomobili əzərək stadiona girib.

----------
12:50

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanlardan biri "Toyota Prado" markalı avtomobilin sürücüsü olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.

---------
12:38

Trend-in məlumatına görə, qəzanı törədən 11 saylı sərnişin avtobusu olub. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyota Prado" markalı avtomobili əzib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, ilkin məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alıb.

---------
12:27

Bu barədə şənbə günü Trend-ə şahidlər məlumat veriblər.

Nizami Rayon Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyib və bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Lakin təfərrüatlar barədə məlumat verilməyib.

Нет комментариев

Добавить комментарий