EN SON XEBERLER

Qazlı su xoşlayırsınız? Oxuyun

Bu problem arıq kişilərdə daha da ciddiləşir.

tekheyat.nethouse.ru The Daily Mail-ə istinadən bildirir ki, tərkibində şəkər miqdarı yüksək olan qazlı sular diz oynaqlarının osteartrozunun səbəbləri arasında xüsusi yer tutur.

ABŞ-dakı Briem hospitalı və Bostondakı Qadın Xəstəxanasında çalışan alimlərin apardıqları araşdırmanın nəticələri belədir.

Araşdırmaya 2149 pasiyent cəlb olunmuşdu. Onlar hansı içkilərdən və nə qədər içmələri ilə bağlı suallardan ibarət anketə cavab veriblər.

Pasiyentlərin oynaqları 1, 2, 3 və 4 ildən sonra təkrarən yoxlanılıb, xəstəliyin vəziyyəti qeydə alınıb.
Mütəxəssislər pasiyentlərin çəki indeksini də nəzərə alıblar.

Məlum olub ki, şirin qazlı su içənlərin diz oynaqlarındakı fəsadlı yerin ölçüləri orta hesabla 0, 29 mm, gündə 5 stəkandan artıq qazlı su içənlərdə isə 0,59 mm artıb.

"İndi xəstəliyin gedişatını tənzimləmək üçün potensial imkanımız var. Pasiyentlərin müalicəsində onların rasionunu da nəzərə alacağıq", - araşdırmanın rəhbəri, professor Binq Lu deyib.

Dünyadakı insanların ən azı 20 faizində osteoartroz var.

Нет комментариев

Добавить комментарий