EN SON XEBERLER

Azərbaycanda 5 yaşlı uşaq qəzanın qurbanı oldu

EL TV-yə istinadən xəbər verir ki, saat 14:00 radələrində Xaldan şossesində Həsənov Səfail Mürşüd oğlunun idarə etdiyi "VAZ 21015" markalı avtomaşınla Mirsaleh Mahmudovun idarə etdiyi "VAZ 21011" markalı avtomaşın toqquşub.

Güclü toqquşma nəticəsində "VAZ 21015" markalı avtomaşın aşıb. Nəticədə avtomaşındakı 5 yaşlı Bədəlov Orxan Elman oğluhadisə yerindəcə dünyasını dəyişib. Sürücülər isə ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisəylə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Нет комментариев

Добавить комментарий