IDMAN

Yığmamızın rəqibləri müəyyənləşdi

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

U-17-lərin yarışında ilkin mərhələdə 52 komanda iştirak edəcək ki, onlar hər birində 4 yığma olmaqla, 13 qrupda mübarizə aparacaq. Millimiz bu mərhələdə X qrupda yer alacaq. Yığmamız Rusiya, Slovakiya və İslandiya ilə mübarizə aparacaq. Qrup oyunlarının harada keçiriləcəyi hələ müəyyənləşməyib.

Elit-raundda isə 28 komanda iştirak edəcək. Qrup mərhələsinin ilk 2 pillədə başa vuran 26 komanda ilə yanaşı, 3-cü pilləni tutanlar arasında ən yaxşı göstəriciyə malik olan komanda da mübarizəni davam etdirəcək. Onlara Almaniya yığması qoşulacaq.

Həmin 28 komanda hər birində 4 iştirakçı olmaqla, 7 qrupa bölünəcək. Yalnız qrup qalibləri və final mərhələsinə ev sahibliyi edəcək Malta 2014-cü ildə keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edəcək.

Нет комментариев

Добавить комментарий