IDMAN

"Real" Ronaldonu satıb, Messini alır?

Madridin “Real”ının prezidenti Florentino Peres Kriştiano Ronaldonun özünü bu klubda xoşbəxt hiss etməməsi haqda bir müddət əvvəl səsləndirdiyi bəyanata sərt reaksiya verib.

Qol.Az-ın İspaniyanın “Marka” qəzetinə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, əgər Ronaldo getmək istəyirsə, qapı onun üzünə açıqdır: “Amma Ronaldoya görə elə pul verməlidirlər ki, biz Messini ala bilək”.

Qeyd edək ki, Ronaldonun məlum açıqlamasından sonra onunla klub prezidenti arasında münasibətlər pozulub. Media portuqaliyalı futbolçunun başqa komandaya keçmək və daha çox pul qazanmaq istədiyini yazsa da, Ronaldo zamanı gələndə əsl həqiqəti deyəcəyini bildirmişdi.

Нет комментариев

Добавить комментарий