Lakin portuqalların artıq həmin oyun üçün planları indidən bəllidir. Belə ki, Kristiano Ronaldo və komanda yoldaşları Azərbaycan paytaxtına martın 23-də təşrif buyuracaqlar.
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidovdan aldığımız məlumata görə, Portuqaliya yığması oyuna qədər məhz paytaxt klubunun təlim-məşq bazasında hazırlıq keçəcək:
“Sabah Portuqaliya Futbol Federasiyasının rəsmiləri gəlməlidirlər. Onlar “Bakı”nın bazasına yenidən baxmaq istəyirlər. AFFA-da da bundan xəbərdardırlar. Portuqallar martın 23-də və 24-də bazamızda məşq etməyi planlaşdırırlar. Ayın 25-də isə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqləri olacaq”.
- 994 (55) 9034580
- 994 (55) 9034580
- Напишите нам
- Обратный звонок
BU SAYT SATILIR...0559034580
Нет комментариев
Добавить комментарий