IDMAN

"Barselona" ulduz futbolçu üçün atasının qapısına qədər getdi

Rusiya mətbuatı Fox Sports-a istinadən xəbər verir ki, “Barselona” klubunun prezidenti Sandro Rosel keçən həftə “Santos” klubunun forvardı Neymarın atası ilə danışıqlar aparıb.

Görüş ABŞ-da keçirilib. Danışıqların detalları açıqlanmır. 

Qeyd edək ki, “Barselona” əvvəl Neymar ilə prinsipial müqavilə bağlayıb. Katalon klubu artıq forvarda görə 10 milyon avro  ödəyib. Neymar Braziliya çempionatında 16 oyunda 12 qol vurub. 

Нет комментариев

Добавить комментарий