EN SON XEBERLER

hjjgj

Dünyanın ən uzun körpüsü Çindədir

Dünyada ən uzun körpü 42,5 kilometrdir. "Qingdao Haiwan Bridge" adlı bu körpü Çindədir. 

Körpü 2 meqapolisi birləşdirir. O, əvvəllər bu rekorda sahib olmuş ABŞ-dakı körpünü 4 kilometr üstələyir. 
Əzəmətli körpü 8 baladək zəlzələyə tab gətirmək gücündədir. Qasırğa və ya böyük gəmi ilə toqquşmaq da onun "vecinə" deyil. Körpünün inşasına 4 il vaxt və 8,7 milyard dollar sərf olunmuşdur.  
  Dünyanın ən möhkəm tikilisi Eyfel qülləsidir

Hazırda dünyanın ən möhkəm tikilisi Fransanın simvolu sayılan Eyfel qülləsidir. 
1889-cu ildə inşa olunmuş bu dəmir konstruksiya uzun müddət keçməsinə baxmayaraq hələ də möhkəmliyi və möhtəşəmliyi ilə digərlərindən seçilir. 
Riyaziyyat mütəxəssisləri onun virtual formasını və gücünü yaradaraq Eyfel qülləsinə qarşı təbiətin müxtəlif qüvvələrindən - yağış, qar, zəlzələ, tufan, güclü külək və sair istifadə etmişlər. Lakin qüllə bu maneələrin hamısından üzüağ çıxmışdır. Sanki digər tikililəri yerlə-yeksan edə bilən təbiətin bu qüvvələrinin gücü ona təsir göstərə bilməmişdir. Digər mütəxəssislər də Eyfel qülləsini dünyanın ən güclü və möhkəm tikilisi kimi xarakterizə edirlər.  

 

 

Нет комментариев

Добавить комментарий