EN SON XEBERLER

Meymun Bakıda tıxac yaratdı

AzNews.az xəbər verir ki, dünən axşam saatlarında Bakının mərkəzi küçələrindən birində sürücü ilə bərabər sükan arxasında oturan meymun insanların maraq obyektinə çevrilib.

28 May küçəsi ilə hərəkət edən xarici markalı avtomobildə sürücü ilə eyni oturacağı paylaşan meymunun hərəkətləri, geyimi diqqətləri çəkib. Ətrafdakıların maraqlı baxışları altında yoluna davam edən avtomobilin sürücüsü isə heç nəyə reaksiya verməyib və meymunun fotolarının çəkilməsinə də mane olmayıb.

Məsələ burasındadır ki, meymunun geyiminə, qəribə hərəkətlərinə tamaşa etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri maşını az sürətlə idarə etməklə tıxaca səbəb olublar. Xüsusən uşaqlar sükan arxasında sahibi ilə bərabər oturan meymunu maraqla izləyiblər. Meymun isə ona tuşlanan maraqlı baxışlardan bəzən əsəbləşərək əl-qolunu oynatmaqla insanlara etirazını bildirib. 

 

Böyütmək üçün şəkillərə klikləyin.




mawinla meymunun sahibi

Evvela salam o meymunun ve avtobobilin sahibi menem. Mence orda hecde men yaratmadim tixaci sadece olaraq kim iisteyirdi wekilin cekirdi. Buda menim hereket etmeyimi cetinlewdirirdi. Cunki heckimin ureyin qirmaq istemirem

Комментировать