EN SON XEBERLER

Bu günün hava proqnozu

AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Temperaturun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağış yağacağı, gecə sulu qara keçəcəyi gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 2-7 isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havan yağıntılı olacaq, gündüz yağıntı tədricən kəsiləcək.
Temperatur gecə 1-6 isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz tədricən kəsiləcək, hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-4 isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.  

Нет комментариев

Добавить комментарий