EN SON XEBERLER

Wi-Fi 8 dəfə sürətlənəcək

Lakin vəziyyət tezliklə dəyişə bilər. Mütəxəssislərin hazırladığı proqram verilənlərin ötürülməsi sürətini 8 dəfə artıra bilər. 

ICTnews-a istinadən bildirir ki, qeyri-adi proqram “WiFox” adlandırılıb.

Onu Şimali Karolina Universitetində çalışan mütəxəssislər yaradıblar. Alimlər belə izah veriblər ki, giriş nöqtəsinə (hot-spot) qoşulmaların sayı çox olduqda “Wi-Fi” şəbəkəsinin iş prosesi yolda yaranan tıxacı xatırladır. Server, sadəcə olaraq, bütün sorğuları emal edə bilmir və istifadəçilər uzun müddət növbə gözləməli olurlar.

“WiFox” qurğusu isə yaranmış tıxacda tənzimləmə rolunu yerinə yetirir. Proqram simsiz şəbəkəni təhlil edərək əldə olunmuş informasiya əsasında giriş nöqtəsinin prioritetini təyin edir. İlk əvvəl sorğusu növbədə olan müştərinin məlumatları göndərilir və yalnız bundan sonra yeni sorğular emal edilir. Belə prioritet siyasəti sorğu növbəsinin artması ilə daha da kəskinləşir. Belə sadə üsul vasitəsilə mühüm nəticələr əldə etmək mümkündür.

Əgər “Wi-Fi” şəbəkəsinə 25 qurğu qoşulubsa, ”WiFox” qurğusu verilənlərin ötürülməsini 400 faiz sürətləndirir, istifadəçilərin sayı 45 olduğu halda isə sürət 700 faiz artacaq. Yeni texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, onun fəaliyyəti üçün əlavə avadanlıq lazım deyil.

Нет комментариев

Добавить комментарий