EN SON XEBERLER

Bakı sürücülərinə xoş xəbər

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Qələbə meydanında tikintisi davam etdirilən yol qovşağı kompleksinə aid olan tunellərdən biri - Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunel dekabrın sonunda istifadəyə veriləcək.

Onun sözlərinə görə, hazırda tuneldə tikinti-quraşdırma işləri başa çatdırılıb.

Tunelə bir qat asfalt-beton örtüyü vurulub. Hazırda tuneldə üzlənmə işlərinin, yan yollarda drenaj xətlərinin çəkilməsi və asfalt-beton örtüyünün quraşdırılması işləri görülür.

Qeyd edək ki, tikintisi davam etdirilən yol qovşağı 6 tunel, 2 piyada keçidi və "Gənclik" metrosunun əlavə 2 çıxışından ibarət olacaq.

Нет комментариев

Добавить комментарий