EN SON XEBERLER

Türkiyəyə məxsus təyyarədə bomba həyəcanı

14:17

"Türk Hava Yolları" şirkətinin İstanbul-Kişinyov reysini həyata keçirən təyyarəsində bombanın olmasına dair informasiyanın yalan olduğu aydınlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Anadolu agentliyi xəbər verib.

Çərşənbə günü səhər "Türk Hava Yolları" şirkətinin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra məcburi eniş edib.

İstanbul "Atatürk" hava limanında yerə endikdən sonra təyyarəyə baxış keçirilib və bomba barədə məlumat verən şəxs saxlanılıb.

---------
12:30

"Türk Hava Yolları" şirkətinin İstanbul-Kişinyov reysini həyata keçirən təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra məcburi eniş edib.

Trend-in məlumatına görə, bu barədə İhlas agentliyi xəbər verib.

Təcili enişə təyyarənin göyərtəsində bomba olması barədə məlumat səbəb olub.

İstanbul "Atatürk" hava limanında yerə endikdən sonra təyyarəyə baxış keçirilir. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Нет комментариев

Добавить комментарий