EN SON XEBERLER

Bakıda avtomobil oğruları tutuldular

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-nə keçən gecə Səbail Rayonu Salyan yolundaNahid Mütəllimova məxsus "VAZ-21061" markalı avtomobil qaçırılıb.

DİN NHİX TŞ, Xətai RPİ əməkdaşlarının səyi nəticəsində avtomobili qaçıran Bərdə rayon sakini Rüstəm Mustafayev dekabrın 4-də Neapol küçəsində avtomobillə birlikdə saxlanılaraq aidiyyəti üzrə Səbail RPİ 8-ci PB-yə təhvil verilib.

Noyabrın 5-də Gəncə prospektində Bakı şəhər sakini Səxavət Seyidova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Qaçırılmış avtomobil noyabrın 21-də Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində saz vəziyyətdə tapılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maşını qaçıran Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmovvə Əliyar Məhərrəmov dekabrın 4-də yaxalanıblar.

Нет комментариев

Добавить комментарий