EN SON XEBERLER

"Dünyanın sonu" artıq başlayıb?

Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə zarafatla Rusiya Hidrometereologiya Mərkəzinin direktoru Roman Vilfand bildirib. 

"Murmansk vilayətində, Norilskdə və Komidə artıq işıq yoxdur. Günün işıq vaxtı 0 saat təşkil edir. Bizim proqnozlarımıza görə, dekabrın 16-da Vorkutda da "dünyanın sonu" olacaq. Çünki orada da günün işıqlı vaxtının müddəti çox qısadır. Moskva və Sankt-Peterburq şəhərləri isə "dünyanın sonu"nu görməyəcəklər. Dekabrın 21-də Moskvada günün işıqlı vaxtı 7 saat təşkil edəcək", - o əlavə edib. 

Hidrometereologiya Mərkəzinin rəhbəri onu da qeyd edib ki, apokalipsisdən qorxmağa ehtiyac yoxdur. 

"Hamı sağ salamat qalacaq. Yanvar ayının 11-də Norilsk şəhərindən başlayaraq işıq geri qayıdacaq", - o deyib. 

Нет комментариев

Добавить комментарий