EN SON XEBERLER

Məşhur idmançının evini arvadı yıxdı

Marca-ya istinadən bildirir ki, arvadı Tavanna ilə boşanandan bəri basketbolçunun problemləri bitib-tükənmək bilmir.

Əgər Ayverson bankla problemlərini ən yaxın vaxtlarda həll etməsə, onun ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yerləşən malikanəsi satışa çıxarılacaq.
4,5 milyon dollarlıq malikanə ilə birlikdə, evdəki bütün əşyalar da satılacaq.

Dünyanın ən yaxşı basketbolçularından biri, 37 yaşlı Ayverson karyerası ərzində 154 milyon dollar qazanmışdı.
Lakin həmin pullardan indi heç nə qalmayıb.
Boyu 183 sm, çəkisi 75 kq olan Ayverson son vaxtlar çox zəif oynayır.

Basketbol dahisi sayılan Ayversonun müflis olmasının səbəbi onun arvadının bədxərcliyi, habelə özünün qumar düşkünü olması və investisiya qismində yatırdığı pulların hamısının batmasıdır.

Нет комментариев

Добавить комментарий