EN SON XEBERLER

Möcüzə! Həkimlər 80 dəqiqə ərzində dayanmış ürəyi yenidən həyata qaytardılar

Rusiya mətbuatına istinadən xəbər verir ki, Britaniyanın Nortgempton şəhərində həyata keçirilmiş əməliyyat zamanı həkimlər 50 dəfə elektroşokdan istifadə ediblər. Nəticədə 60 yaşlı Con Tompsonu xilas etmək mümkün olub. 

Ölüb yenidən dirilən kişinin sözlərinə görə, öz evində oturub həyat yoldaşı ilə söhbət edirdi, birdən sinəsində möhkəm ağrı hiss edib. Həyat yoldaşından təcili yardım çağırmağı xahiş etmək istəyib, amma buna gücü çatmayıb və yerə yıxılıb. 

Özünü itirən həyat yoldaşı yalnız bir neçə dəqiqədən sonra təcili yardıma zəng vurub. Evə gələn həkimlər kişidə heç bir həyat əlaməti görməyiblər. Bununla belə onu həyata qaytarmağa çalışıblar. Edilən 30 ədəd elektroşok heç bir nəticə verməyib. Bundan sonra həkimlər Tompsonu xəstəxanaya gətiriblər. Burada keçirilən əməliyyatdan sonra geniş infarkt keçirmiş kişini həyata qaytarmaq mümkün olub. 

 

Böyütmək üçün şəkillərə klikləyin.



Нет комментариев

Добавить комментарий