EN SON XEBERLER

Azərbaycanlı filosof: "Dünya dekabrın 21-də, gecə saat..."

Dekabrın gəlişi ilə 21 dekabr “qiyamət günü”nə addım-addım yaxınlaşırıq təəssüratı yaranır. Dünya alimləri NASA səviyyəsində bu tarixlə bağlı öz rəylərini açıqlayaraq həmin gün hər hansı təhlükənin baş verməyəcəyini deyib. Amma dünən redaksiyamıza gələn bir qonaq bizə 21 dekabrla bağlı öz fərqli fikirlərini açıqlamaq istədiyini dedi.

Həsən Həsənov adlı bu şəxs özünü bizə haqşünas-hüquqşünas, filoloq-filosof, numeroloq kimi təqdim etdi. Olduqca maraqlı və bir qədər fərqli fikirləri olduğu üçün əməkdaşımızın onunla söhbətini sizə də təqdim edirik. H.Həsənovun dediklərinə opponentlik etmək istəyənlərə qapımızı da açıq elan edirik.

- Həsən bəy, bizimlə söhbətin ilk dəqiqələrindən etibarən elan etdiniz ki, siz 21 dekabrda dünyanın sonu olacağı ilə bağlı deyilənlərə qatılırsınız...

- Ondan başlayaq ki, 21 rəqəminin mənası var. Bu rəqəm azalan və ya düşmən deməkdir. 12 rəqəmi çoxalan və dost deməkdir. Bütün bu rəqəmləri - 21.12.2012-ni bir-birinin üstünə gələndə isə 11 rəqəmi alınır. 11 iki dənə 1-dən ibarətdir və bu 1 rəqəmlərini üst-üstə gələndə 2 edir. 2 isə Həvvanı ifadə edir. 2 həm materiyanı, həm qapalılığı, həm də qaranlığı bildirdiyinə görə onun işığa ehtiyacı var. İşıq ruh dünyasıdır. 2 materiyanı və zəifliyi, həm də əbədiliyi bildirir. Bir isə o deməkdir ki, ruh çox güclüdür və müvəqqətidir. 2012-ci ilin 21 dekabrı isə materiyanın və maddi təcrübənin qurtardığını bildirir. Bu vaxta qədər insan nə qədər təcrübə toplamışdısa - mal-mülk qazanmaq, adam öldürmək, körpü saldırmaq - bütün maddi təcrübələri sona çatır. Bu, o demək deyil ki, bundan sonra çörək yemək və sair olmayacaq. Sadəcə, bunun izahatı belədir ki, bu vaxta qədər materiya əsas idisə, maddəni əldə etmək birinci idisə, 21 dekabrdan sonra əsas ruh olacaq. 

Ruh yüksək tezliyə malikdir. Materiyanın tezliyi aşağıdır. Bu zaman materiya ruhani qanunlara tab gətirə bilməyəcək. Ruhani qanunlar səviyyəsində fəaliyyət göstərən materiya yaşayacaq. Bu nə deməkdir? Bu vaxta qədər insan maddi təcrübə qazanarkən, pul, mal, qadın əldə edərkən hansısa səhvlərə, bəzən də günahlara yol verirdi. O, bunu etməyə məhkum idi ki, təcrübə toplasın. Dərəcədən asılı olaraq ona vaxt verilir ki, öz səhvini düzəltsin, günahını yusun. 21 dekabrdan sonra isə bu vaxt verilməyəcək. Yəni artıq tövbənin qapısı bağlanır. Bu vaxta qədər edilən bütün tövbələr qəbuldur. Göylərin qapısı bağlanır.

- Dünyanın və yaşantının sona çatdığını demək olmaz, hər halda...

- Bu, mümkün olan şey deyil. Sadəcə, göylərin qanunu dəyişir. Materiya qanunları üstünlük təşkil etməyə başlayır. Bütün maddiyyat ruhaniyyətə yönəlir. 21 dekabrdan sonra ruhani qanunlar qüvvəyə minəcək.

- Bəs təbiət həmin tarixdə bizə nə vəd edir? Hansı təbiət hadisələri baş verəcək 21 dekabrda?

- Ən adi həyatımızla buna cavab verək. Hər gün televizorda, KİV-də kataklizmləri göstərirlər. Bəzən elə kataklizmlər var ki, onları göstərmirlər. Bunların hamısının başında müxtəlif ordenlər, güc dairələri - İngiltərənin Mİ6, MOSSAD, Pentaqon, NASA, “Qlavkosmos” dayanır. Fransa ilə İsveçrə arasında sərhəddə 26 kilometr uzunluğunda kollayder deyilən bir mexanizm tikilib. Mikroelementdir. Adron Kollayderi yerin altında, ən qatı sıxlığa malik qurğudur. Çox nəhəng aqreqatdır. 21 dekabrda o, işə düşəcək. Məqsəd 43-cü ildə gəminin itməsi, planetin dəyişməsi ilə baş verən hadisənin yenə də təkrarlanmasıdır. Müəyyən məqsəd var. Həmin o varlı adamlar, ruhun tezliyinə dözə bilməyənlər portal vasitəsilə keçsinlər. 

O zaman 4 planet düzüləcək - Merkuri, Venera, Yer, Mars. Bu 4 kiçik planetin maqnit sahəsi kifayət edəcək ki, həmin mexanizm işə düşsün. Həmin vaxt Yer üzərində nə qədər elektrik avadanlıqları varsa - kompüter, işıq - vurub sıradan çıxaracaq. Tezlik o qədər yüksəkdir ki, o tezliyə davam gətirməyəcək. 21 dekabra qədər nə qədər ki, günahlar, səhvlər olub, bunlar bağışlanacaq.

- Gəlin konkretləşdirək. Dediyiniz o nəhəng aqreqatın işə düşməsi, planetlərin paradı Azərbaycana necə təsir edəcək?

- Azərbaycan da o maqnit sahəsinə daxildir. Qafqaz dağları gələn dalğanın 80 faizini üzərinə götürür. Ən çox maqnit sahəsini özünə çəkən sudur. Amma bizdə də işlənməyən, ehtiyatda olan stansiyalar və yarımstansiyalar var. Tutaq ki, bu hadisə nəticəsində bir-iki gün işıq söndü. Həmin o qurumlar az miqdarda da olsa, dövriyyəyə işıq buraxacaqlar.

- Yəni həmin tarixdən etibarən həyat bir müddət iflic ola bilər deyirsiniz?

- Bir-iki gün tam iflic ola bilər. Amma sonradan düzələcək.

- Dediyiniz olaylar 21 dekabrda, saat neçədə başlayacaq?

- Ayın 21-dən 22-nə keçən gecə, konkret 02:30-da başlayacaq. Həmin vaxt Adron kollayderini - Fransa ilə İsveçrənin sərhədindəki aqreqatı işə salacaqlar.

- Həmin vaxt konkret olaraq nə baş verəcək?

- Təbiətdə elə bir hadisə baş verməyəcək. Yerdə olan mexanizmlər işə düşəcək. Okeanda qabarma olacaq, küləklər müşahidə olunacaq, radioaktivlik həddən artıq olacaq. Ürək xəstəliyi olanlarda başgicəllənmə, qusma baş verəcək. Xərçəng xəstələrinin üzərindən xətt çəkmək lazımdır. Bu vaxta qədərki problemlər daha kəskin ziqzaqla davam edəcək, intensivlik artacaq.

- İnsanlarımız bu günə necə hazırlaşmalıdırlar?

- Bunun yeganə yolu insanın təmizlənməsidir. İnsan təmizləndikcə ruh ortaya çıxır. Həmin o tezlik təmizlənmiş ruha heç nə edə bilməz. Yaşın, ümumi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Xəstə ölməz, qoca da ölməz. Vaxtı çatan öləcək. Ölüm çatana yox, yetənə gəlir. Bu tezliyə düşə bilmirsə, yerdən bərk yapışıbsa, hər şeydən yapışıbsa, onun tezliyi düz gəlməz.

- Paytaxtda insanlar evinə şam almaq, çörək qurutmaqla... bu günə hazırlaşırlar. Deyirsiz, bunun önəmi yoxdur?

- Fiziki hazırlığın heç bir əhəmiyyəti yoxdur. Bir-iki gün istehsal dayana bilər. Amma sonradan hər şey axarına qayıdacaq.

- Bəs o günlər ərzində insan hansı problem yaşayacaq?

- İnsan mənəvi cəhətdən hazırdırsa, bu günlərdən sağ-salamat çıxacaq. Son 20 ildə insanlar nə qədər problem yaşayıbsa, buna yavaş-yavaş hazırlaşıblar. Hazırlıq gedir. Ələnmə prosesi gedir. Kim ki keçəcək, onlar qalacaq.

- Bir sözlə, siz kahin Dalay Lamanın dediklərini təsdiqləyirsiniz...

- Dalay Lama hər şeyi düz deyib. Düzdür, sonradan fikrini dəyişib dedi ki, bu, səhvdir. Bildi ki, dünyada ajiotaj olacaq. Mənəviyyatlar, əxlaq dağıla bilər. İkinci fikri də düzdür. Həqiqətən də dünya fiziki olaraq dağılmayacaq. Amma həmin tarixdən etibarən maddi qanunlar qurtarır, mənəvi qanunlar hərəkətə keçir. O qanunlarla kim yaşayacaqsa, onlar sağ qalacaq və yaşamağa davam edəcəklər. Maddi qanunlara kim önəm verəcəksə, onlar yavaş-yavaş sıradan çıxacaqlar. Şərq dünyası mənəviyyat, əxlaq və ruh dünyasıdır. Qərb dünyası isə maddiyyat, materiya dünyasıdır. Maddə dünyası mal deməkdir. İndi bu pul, mal dünyası mənəviyyata verilməlidir. Bütün bu maddədən əl çəkmək olmaz? Kim ki özünü tabe edir ona, onlar yaşayacaqlar. Əvvəlcə xəbərdarlıq edəcəklər malına, puluna.

- Kim xəbərdarlıq edəcək?

- Qanun var - tezlik. Bu, itki formasında xəbərdarlıq olacaq. Bunlar alınmasa, övladına toxunacaq, xəstəlik göndərəcəklər. Bu da təsir etməsə, həmin şəxs dünya ilə vidalaşacaq.

Нет комментариев

Добавить комментарий