EN SON XEBERLER

Azərbaycanda qumbara aşkarlandı

Abşeron rayonunda qumbara tapılıb. Anspress-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Abşeron rayonunda partlayış təhlükəli əşyanın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 1 ədəd RQD-5 əl qumbarasıdır.

Aşkar edilən hərbi sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

Нет комментариев

Добавить комментарий