EN SON XEBERLER

Kürün səviyyəsi azaldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 , Şirvanda 8, Bankədə 1 sm azalıb. Salyanda suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm enib.

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 kubmetr/san, ongünlük normanın 102 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 kubmetr/san və ongünlük normanın 99 faizini təşkil edib.

Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

Нет комментариев

Добавить комментарий