EN SON XEBERLER

Bakıda gənc ailənin evinə soxulan maskalılardan xəbər var

Paytaxt ərazisində maskalı şəxslərin ər-arvada hücum etdikləri barədə verdiyimiz xəbərin davamı var. noyabrın 12-də gecə saatlarında 3 maskalı şəxs C.Şərifov küçəsi, 4 saylı ünvanda yaşayan 29 yaşlı İlkin İbrahimovun evinə soxulub. Onlar ev sahibinə zor tətbiq edərək evi qarət ediblər. Hadisə ev sahibi İlkin İbrahimov ailə üzvləri ilə evdə olan zaman baş verib, 
Hadisədən 25 gün sonra həmin cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, noyabrın 12-də üzlərində maska olan şəxslər C.Şərifov küçəsində yaşayan İlkin İbrahimovun evinə daxil olub bıçaq və tapançaya oxşar əşya ilə hədə-qorxu gələrək 1 cüt sırğa və 1 ədəd qızıl boyunbağı alıb gediblər. 
Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 12 və 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Eldar Lançova, Bakı şəhər sakinləri Cavanşir Qənbərov və Əsəd Məmmədov tutulublar. Cinayətdə şübhəli bilinən digər şəxslərin isə saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir. 

Нет комментариев

Добавить комментарий