EN SON XEBERLER

Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?

Bugun Azərbaycan ərazisində hava dumanlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.

Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava səhər və axşam saatlarında duman olacaq. Axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 2-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Dağlıq ərazilərində gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Нет комментариев

Добавить комментарий