EN SON XEBERLER

Bakıda sürüşmə sahəsi genişlənib

13:26

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci Sahəyə gedən avtomobil yolu bağlıdır və bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırlıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yol hadisə baş verən vaxtdan bağlıdır.

Onun sözlərinə görə, sürücülər bu istiqamətdə alternativ yollardan - Mikayıl Müşfiq küçəsi, 3-cü kənar Dairəvi yol və Azneft dairəsindən istifadə etməlidir.

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci Sahəyə gedən yolun sağ tərəfində - "Bəyoğlu" restoranın qarşısındakı ərazidə dekabrın 1-də sürüşmə baş verib.

----------
10:48

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci Sahəyə gedən avtomobil yolunun sağ tərəfində - "Bəyoğlu" restoranın qarşısındakı ərazidə dekabrın 1-də baş vermiş sürüşmə sahəsində qismən genişlənmə qeydə alınıb. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisi yan tərəflərə və sürüşmə sahəsinin üst tərəfinə doğru genişlənib.

Qaralov bildirib ki, hazırda sürüşmə sahəsində gərginlik davam edir.

"Hələ sürüşmə dayanmayıb, ərazidə stabillik yaranmayıb. Müşahidələr davam etdirilir. Fövqəladə Hallar Nazirliyi ilə birgə yaradılan qrupla birlikdə monitorinqlər aparılır və sürüşmənin dinamikası öyrənilir", - ekspedisiya rəisi deyib.

O qeyd edib ki, Badamdardakı sürüşmə sahəsi yenidir. Bu ərazidə heç zaman sürüşmə olmayıb.

Нет комментариев

Добавить комментарий