EN SON XEBERLER

Britaniyada "Azərbaycan Musiqi Gecəsi" keçirilib

Böyük Britaniyanın Mançester Universitetində "Azərbaycan Musiqi Gecəsi" keçirilib.

Trend xəbər verir ki, Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF), Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Mançester Azərbaycan Cəmiyyəti" tərəfindən təşkil olunan tədbirdə əsas məqsəd Azərbaycanın milli musiqisi və rəqslərinin Mançester Universitetinin tələbələrinə tanıdılması idi.

Tədbirin açılışında Azərbaycan musiqisi, xalq mahnıları, bəstəkarları və musiqi alətləri haqqında tədbir iştirakçılarına məlumat verildi. Şərqdə ilk operanın Üzeyir Hacıbəyov tərəfindən bəstələnməsi, Şərqdə opera bəstələyən və ifa edən ilk qadının Azərbaycanlı olması qonaqların böyük marağını cəlb etdi.

Daha sonra Mançester, Şeffild, Oxford və Belfast şəhərlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan milli musiqiləri gitara, tar, nağara, saz və digər alətlərdə ifa olundu.

Mançester Azərbaycan Cəmiyyəti-nin üzvləri tərəfindən hazırlanmış Mirzeyi, Naz eləmə və digər milli rəqslərimiz ifa edilərək tədbir iştirakçılarına tanıdıldı. Tədbirdə, həmçinin müxtəlif interaktiv yarışlar keçirilərək, qaliblərə Azərbaycanla bağlı hədiyyələr verildi. Xarici qonaqların Azərbaycan rəqslərini oynamaları tədbirin ən yaddaqalan anlarından biri oldu. Tədbirin sonunda qonaqlar Azərbaycan yeməklərini dadmaqdan, canlı Azərbaycan musiqisini dinləməkdən, rəqslərini izləməkdən məmnunluqlarını ifadə etdilər.

 

Böyütmək üçün şəkillərə klikləyin.









Нет комментариев

Добавить комментарий