EN SON XEBERLER

Bakı-Şamaxı yolunda piyada vuruldu

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında yolun 127-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Şəki sakini, 1956-cı il təvəllüdlü Kaşıyev İsmayıl Kamal oğlu idarə etdiyi 55-BB-915 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə yolu keçən piyadanı-Şamaxı sakini, 1974-cü il təvəllüdlü Ağacanov Elşən Şahzadə oğlunu vurub.

E.Ağacanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Нет комментариев

Добавить комментарий