EN SON XEBERLER

Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əsədov bildirib ki. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, sürüşmə dünən saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, "Bəyoğlu" restoranın qarşısındakı ərazidə baş verib.

Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir.

Sürüşmənin səbəbi ərazidə yeni tikilən evlərin kanalizasiya suyunun yamaca axıdılması göstərilir.

Нет комментариев

Добавить комментарий