EN SON XEBERLER

Mingəçevirdə Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

EL TV-yə istinadən xəbər verir ki, Mingəçevir Turizm Kollecində “Xidməti sahədə peşəkarklıq” adı altında elmi praktik meyarlar konfransı keçirilib. Tədbirdə Kollecin direktoru, professor Əyyub Əyyubov başda olmaqla təhsil ocağının müəllim və tələbə kollektivi, şəhər icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının yerli şöbələrinin rəhbərləri və bir sıra kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan stendlə tanış olublar. Daha sonra tədbir kollecin konfrans zalında davam edib. Turizm Kollecinin direktoru Əyyub Əyyubov qonaqları salamlayaraq konfransın mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra çıxış üçün söz Şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini İlham İsmayılova verilib. İlham İsmayılov ölkənin bütün sahələrində dinamik inkişafın olduğunu qeyd edərək turizm sahəsinin də bu inkişafdan kənarda qalmadığını bildirib. Kollecin əməkdaşları tərəfindən hazırlanan foto-slayd konfrans iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, Mingəçevir Turizm Kolleci dünyanın bir sıra tanınmış turizm kollecləri ilə əməkdaşlıq edir.

Нет комментариев

Добавить комментарий