EN SON XEBERLER

Azərbaycan Avropayla birbaşa dəmiryol əlaqəsi yaradacaq

"Mərmərə" dəmiryol tunelinin tikintisi layihəsinin Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə birləşdirilməsi onun əhəmiyyətini daha da artıracaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilk və kommunikasiyalar naziri Binali YıldırımAzərbaycan və Türkiyə İş Adamları Birliyinin (ATİB) nəşri olan "Ecovision" jurnalına müsahibəsində deyib.

"Bakı-Tbilisi-Qars dəmiryolu və "Mərmərə" tunelinin tikintisi başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Gürcüstan Asiya-Avropa dəhlizinin ən etibarlı və sabit ölkələrinə çevriləcəklər", - o bildirib.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialından tam istifadə etməyə imkan verəcək.

Yıldırım qeyd edib ki, Türkiyə və Azərbaycan Naxçıvanı Türkiyənin Qars əyaləti ilə birləşdirəcək dəmiryol marşrutunu da müəyyənləşdiriblər. Bu layihə sayəsində Türkiyə ərazisindən keçməklə Azərbaycandan Avropaya birbaşa dəmiryol əlaqəsi qurulacaq.

Нет комментариев

Добавить комментарий