EN SON XEBERLER

Nəhəng qara sirr tapıldı

Həmin nəhəng qara dəlik NGC 1277 qalaktikasındadır.

Space-ə istinadən bildirir ki, sözügedən qara dəliyin kütləsi Günəşdən 17 milyard dəfə artıqdır.

Alimlərin dediklərinə görə, onlar indiyədək qalaktikaların məlum olmayan növünü - qara dəlik qalaktikasını aşkarlayıblar.

Nature bildirir ki, ABŞ-ın Ostin şəhərindəki Texas Universitetinin alimləri "Mcdonald Observatory" rəsədxanasındakı "Hobby-Eberly Telescope" telesokopu vasitəsilə kəşf etdikləri qalaktikanı araşdırmaqla qara dəliklər və qalaktikaların formalaşması, sonra da birgə inkişaf edərək böyümə proseslərini tədqiq etməyə çalışırlar.

Astrofizika elmləri doktoru, professor Karl Gebrahrtın fikrincə, NGC 1277 çox qəribə və sirli qalaktikadır.
Çünki adi qara dəliyin ölçüləri qalaktikanın 0,1 faizindən artıq olmursa, yeni kəşf edilmiş qara dəliyin miqyası bütün ulduz sisteminin 14 faizinə bərabərdir.

NGC 1277 Yerdən 220 milyon işıq ili uzaqlıqda, Persey ulduz topasındadır. O, Süd Yolunun miqyas və kütləsinin 10 faizinə bərabərdir.

Alimlər bildirirlər ki, yeni aşkarlanmış qara dəlik qalaktikanın özü ilə müqayisədə həddən ziyadə böyükdür və indiyədək mövcud olan təsəvvürlər ilə ziddiyət təşkil edir.
Kainatda belə qalaktika varsa, deməli, haradasa onun oxşarı və ya oxşarları da mövcuddur.

Yeni, qalaktika boyda olan qara dəliyin çəkisinin nə olduğunu bildirmək üçün deyək ki, onun ağırlığı adi hesabla 9000000000000000000000000000000000000 kq təşkil edir.

 

Böyütmək üçün şəkillərə klikləyin.

















































































Нет комментариев

Добавить комментарий