EN SON XEBERLER

Türkiyədə Röyanı Azərbaycanın Rihannası adlandırdılar

Müğənni Röya Ayxanın Türkiyədə yaradıcılıq fəaliyyətinə başlayacağını türk mətbuatı da təsdiqləyib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəlliyi ilə Röya “Azərbaycanın Rihannası” kimi təqdim edilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanda müğənni, aktrisa və model kimi böyük şöhrət qazanan Röya, Türkiyədəki ilk albomunun hazırlıqlarını tamamlayıb.

Röyanın “Göndər” adlı tək mahnılıq sinql albomu üzərində məşhur musiqiçilərlə birgə çalışdığı yazılıb: ““DMC” musiqi etiketiylə hazırlanan “Göndər” adlı tək mahnılıq sinqlın eyni adı daşıyan mahnısının sözləri və musiqisi Soner Sarıkabadayıya məxsusdur. Mahnının akustik versiyasını Mustafa Ceceli, remiks versiyasını isə Kaan Gökman hazırlayıb”.

Həmçinin xəbərdə Röyanın səhnə fəaliyyətinin qısa tarixçəsi də yer alıb. Bildirilib ki, Bakıda dünyaya gələn və 1999-cu ildə “W-Trio” musiqi qrupu ilə peşəkar ifaya başlayan Röya 2002-ci ildə bu qrupdan ayrılaraq musiqi dünyasında öz qanadları ilə uçmağa başlayıb: “Burada qısa müddətdə məşhur olmağı bacaran, mahnıları, səsi, gözəlliyi ilə diqqəti çəkən Röya öz ölkəsində çox ciddi bir fanat kütləsinə sahib olub”.

Türk mətbuatı müğənninin Azərbaycanda qazandığı uğurları Türkiyədə də təkrarlayacağına iddialı olduğunu yazıb: 

“Bu günə qədər bir çox albomu ilə uğur qazanan və tutduğu yüksək satış qrafikiylə fərqini ortaya qoymağı bacaran Röya artıq yeni işlərini Türkiyədə hazırlamağı, buradakı musiqisevərlərlə görüşməyi planlaşdırır. Röya uzun hazırlıq müddətindən sonra gəldiyi Türkiyədə türk dinləyicisiylə güclü bir sinerji yaxalayacağına inanır”. 

 

Böyütmək üçün şəkillərə klikləyin.







Нет комментариев

Добавить комментарий